Cümə , 10 Aprel 2026

autor

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Özbəkistan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər. Ekologiya liseyinin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq …

Read More »

DİN jurnalistlərə müraciət edib

“KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir”. Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, üzərində “press” yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: “Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir”.

Read More »

Tofiq Zülfüqarov: “Azərbaycan istəyinə nail olur, artıq münaqişədən danışan yoxdur”

“Ən mühüm məsələlərdən biri Azərbaycanın Avropa İttifaqının “meydança”sından istifadə edərək öz mövqeyini bir daha bəyan etmək imkanı qazanmasıdır. İkincisi, hazırda müzakirə olunan məsələləri rəsmi Bakı son bir ildə dəfələrlə bəyan edib”. Bunu “Report”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini şərh …

Read More »

Bakı məktəblərində Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib. O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil: “Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. …

Read More »

Bakıda sürücülər arasında dava olub, saxlanılan var

Bakıda xuliqanlıq hadisəsi olub. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ-2104” markalı avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində …

Read More »

Azərbaycan FAO ilə birlikdə Qarabağda 200 hektardan çox meşəni bərpa edəcək

Bakıda “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi üzrə yekun seminar keçirilir. Boyukmillet.com  xəbər verir ki, layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu həyata keçirir. Seminarı giriş sözü ilə FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak açıb. Onun sözlərinə görə, qurumla Azərbaycan uğurlu əməkdaşlıq …

Read More »

“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib

“Azərxalça” ASC məhsullarını Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdim edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Gecəni giriş sözü ilə P.Bülbüloğlu açıq elan edib, hər kəsi salamlayıb. …

Read More »

Prezident: “Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”

“Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib. “Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyalarına dair verdikləri bir sıra qərarlar üzündən Avropada təbii qaza tələbat artacaq. Bütün infrastruktur işlərini başa vurmuş ölkə olan Azərbaycan burada Avropanın etibarlı tərəfdaşı, dostudur. Təsəvvür edin, Bakıdan İtaliyaya qədər 3500 …

Read More »