Cümə , 10 Aprel 2026

autor

Azərbaycan Premyer Liqası: “Neftçi” “Qəbələ”nin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, ilin son turu iki qarşılaşma ilə başlayacaq. Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla 2-ci, qonaqlar isə 21 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar çempionatda 52 dəfə üz-üzə gəlib. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. …

Read More »

İsmayıllı sakinindən tüfəng götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Enişdibi kənd sakini Mahir Alcanovdan qanunsuz olaraq saxladığı “İJ-16″markalı ov tüfəngi götürülüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Read More »

Liviyada hökumət tərəfdarları ilə Haftar qüvvələri arasında toqquşma olub

Liviya ordusu ilə Xəlifə Haftara sadiq olan silahlılar arasında toqquşmalar baş verib. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Toqquşmalar nəticəsində Sabha şəhərində bir nəfər ölüb, iki nəfər yaralanıb. Yerli mənbələrin məlumatına görə, Tariq bin Ziyad qruplaşmasının silahlıları ilə Liviya Silahlı Qüvvələrinin 116-cı briqadasının hərbçiləri arasında atışma şəhərin mərkəzi hissəsində baş verib və bir neçə saat davam edib. Gərginlik …

Read More »

Türkiyə İraqda 2 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalındakı Qəndil bölgəsində iki PKK terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat yayıb. Məlumata görə, terrorçular Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə məhv edilib. Qeyd edək ki, PKK terrorçuları uzun illərdir Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün bir sıra hücumlar həyata keçirirlər. ABŞ, Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilatlar …

Read More »

İlham Əliyev: “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib”

“Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, – dövlət başçısı bildirib. Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan …

Read More »

Prokuror XİN-in sabiq vəzifəli şəxslərinə cəza istəyib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd olunub ki, …

Read More »

Nikol Paşinyan: “Brüsseldə dəmir yolunun bərpası barədə razılığı təsdiqlədik”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb. “Müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistanın dəmir …

Read More »

Bu gün Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək. Sammitə Aİ-nin 27 ölkəsinin prezident və baş nazirləri qatılacaq. Toplantıda Moldovanı Baş nazir Maya Sandu, Gürcüstanı hökumət başçısı İrakli Qaribaşvili, Ermənistanı Baş nazir Nikol Paşinyan, Ukraynanı isə Prezident Vladimir Zelenski təmsil edəcək. Görüş ilk dəfə proqramda iştirakını dayandıran …

Read More »

Aİ Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilişini dəstəkləyib

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini bir daha ifadə edib. Boyukmillet.com xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda bildirib. O, Aİ-nın iqtisadi-investisiya resursları vasitəsilə …

Read More »