Cümə , 10 Aprel 2026

autor

Livanda HƏMAS və FƏTH üzvləri arasında qarşıdurmada bir neçə nəfər həlak olub

Livanda fələstinli qaçqınların yerləşdiyi Bürc Əl-Şimali düşərgəsində keçirilən dəfn mərasimi zamanı HƏMAS və FƏTH üzvləri arasında silahlı toqquşma olub. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, qarşıdurma zamanı bir neçə nəfər həyatını itirib, daha bir neçə insan yaralanıb. Qeyd edilir ki, hadisə fələstinli qaçqınların yerləşdiyi Burc Əl-Şimali düşərgəsində baş verən partlayışda həyatını itirən HƏMAS üzvü Həmzə İbrahim Şahinin Livanın cənubundakı …

Read More »

Həkim: “Saakaşvilinin vəziyyəti pisdir, müalicə üçün xaricə göndərilməlidir”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze siyasətçinin vəziyyətini qeyri-qənaətbəxş adlandırıb. Bu barədə “Boyukmillet.com”Gürcüstan mətbuatına istinadən xəbər verir. Həkimin fikrincə, Qoridə hərbi hospitalda olan Saakaşvilinin müalicəsi yüksək ixtisaslı diaqnostika və müasir dərmanlar tələb edir. “Mixeil Saakaşvilinin vəziyyəti qeyri-qənaətbəxşdir. Onda ümumi zəiflik var, son iki gündə mədə və bağırsaq problemləri əlavə olunub. Yüksək ixtisaslı diaqnostika və güclü dərmanlar tələb edilir. …

Read More »

Kanadada atışma olub

Kanadanın Torontoda şəhərində baş vermiş atışma nəticəsində bir nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb. Məlumata görə, hadisə meqapolisin mərkəzi hissəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları güllə yarası almış bir kişini aşkarlayıblar. Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır. Faktla bağlı heç kim saxlanılmayıb. Hadisənin təfərrüatı açıqlanmır.

Read More »

Ukraynanın Azərbaycandakı səfiri Heydər Əliyevin məzarını ziyarət edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən səfir paylaşımında yazıb: “Azərbaycanın xalqının ümummilli lideri, güclü və sarsılmaz Azərbaycanın qurucusu – Heydər Əliyevin xatirəsini ehtiramla yad etdim.

Read More »

Türkiyə Prezidentinin köməkçisi Heydər Əliyevin vəfatının 18-ci ildönümündə xatirəsini anıb

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay tviter səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın ümumilli lideri, mərhum Heydər Əliyevi vəfatının 18-ci ildönümündə rəhmətlə anıram, ruhu şad, məkanı cənnət olsun. Can Azərbaycanla “Bir millət, iki dövlət” olaraq qardaşlığımızı əbədi yaşadacağıq”.

Read More »

Türkiyə Silahlı Qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, İraqın şimalında, Avaşin bölgəsində PKK-nın bir terrorçusu PUA-nın zərbəsi ilə məhv edilib. Suriyanın şimalında isə Türkiyə xüsusi təyinatlıları “Barış Pinarı” əməliyyatı zonasına daxil olmağa çalışan iki silahlı öldürülüb.

Read More »

Hikmət Hacıyev: “Ulu Öndərin qoyduğu irs əsasında Azərbaycan dövləti hərtərəfli inkişaf edir”

“Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ümummilli lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lider …

Read More »

Çavuşoğlu: “Bir millət, iki dövlət” şüarı ilə qardaşlığımızı əbədi yaşadacağıq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi vəfatının 18-ci ildönümündə rəhmətlə yad edirəm. “Bir millət, iki dövlət” şüarı ilə müqəddəslərimizin xatirəsini, qardaşlığımızı əbədi yaşadacağıq”.

Read More »

Nazir: “Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacaq”

“Fövqəladə Hallar Nazirliyi ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib. “Qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər var. O vaxt məcburi köçkünlərin …

Read More »