Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının növbəti ildönümü yaxınlaşır. Özünün dediyi kimi “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, bu böyük məna ifadə edən şüar Ulu Öndərin təkcə vətən və xalq sevgisini təcəssüm etdirmir, həm də ömrüboyu Azərbaycan naminə fasiləsiz göstərilən lider əməyini təsdiq edir. 90-cı illərin təlatümlü dövrləri, erməni işğalı, daxili hərc-mərclik, xarici təzyiqlər və daha …
Read More »Azərbaycan XİN Ermənistanın sərhəddə törətdiyi təxribatları pisləyib
“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub. 9-10 dekabr …
Read More »Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir. Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb. Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin …
Read More »YAP rəhbərliyi partiyanı təmsil edən deputatların fəaliyyətindən razıdır?
Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanının parlament fraksiyasının fəaliyyətini dəyərləndirib. Boyikmillet.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında YAP-ı təmsil edən deputatların üzərlərinə düşən vəzifələri kifayət qədər yerinə yetirdiklərini deyib. T.Budaqovun sözlərinə görə, Milli Məclisdə YAP-ı təmsil edən deputatlar vətəndaşları narahat edəb taleyüklü problemlərin həllində öz mövqelərini daim ortaya qoyurlar: “Eyni zamanda, Azərbaycanda qanunvericilik …
Read More »YAP sədrinin müavini rayon təşkilatları ilə bağlı planı açıqlayıb
“Hazırda Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə təşkilatlanma prosesi həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, yaxın vaxtlarda rayon təşkilatlarında da bu proseslərə başlanılacaq: “Bundan sonra kəmiyyət tərkibi ilə yanaşı, keyfiyyət tərkibi ilə bağlı məsələrə də diqqətlə yanaşacağıq. Bunun davamı olaraq əlavə işlər görüləcək”.
Read More »“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub
Hərbi Dəniz Qüvvələrinin “Dəniz təməl komando kursu”nun növbəti heyətinin buraxılış mərasimi keçirilib. HDQ-nin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Ordusunun tərkib …
Read More »Ermənistanda hərbi hissədə silahlı insident olub, 1 hərbçi ölüb, 2-si yaralanıb
Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib. Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha 2 hərbçi yaralanıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Yeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Read More »Azərbaycan Ordusunun əsgəri həlak olub
Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır. Allah rəhmət etsin!
Read More »Sədr müavini: “YAP üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır”
“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb”. Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bununla bağlı yeni elektron sistem bazası qurulur: “Müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN Xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar