Cümə , 10 Aprel 2026

autor

“Lufthansa” Bakıya birbaşa reysləri bərpa edib

Uzun fasilədən sonra “Lufthansa” aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib. Bu barədə “Boyukmillet.com”  Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir. Bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi. Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər təklif edir. Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reysədək təklif edir –bazar ertəsi, çərşənbə, …

Read More »

Şimali Kipr Prezidenti Azərbaycana səfər etmək istəyir

“Azərbaycana fəxri doktor kimi səfər etmək istəyirəm. Bu istəyimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılıb”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev …

Read More »

Şimali Kipr lideri: “Qarabağ zəfəri bizim də zəfərimizdir”

“Azərbaycan bizim qardaş dövlətimizdir”. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib. “Qarabağ zəfəri bizim də zəfərimizdir. Şimali Kipr türkləri də sizlər kimi soyqırımların qurbanı olublar. Biz eyni millətin övladlarıyıq”, – o bildirib.

Read More »

Azərbaycanda əməkhaqqı 3 %-dək artıb

Bu il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 min nəfər və ya 1 % artaraq 1 milyon 702,1 min nəfər olub, onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 798,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Boyukmillet.com  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, muzdla işləyənlərin 19,4 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,1 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin …

Read More »

Baş nazir rəsmi dövlət qəzetləri ilə bağlı qərar imzalayıb

Nazirlər Kabinetinin “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarına dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə qərarın adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilib. Bundan əlavə, qərarın “Bakinski raboçi” qəzetinin illik tirajı (nüsxə ilə) 1700-dən 166-ya, qəzet kağızına illik tələbat 123 tondan 12 tona …

Read More »

Xarici media nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərməsi qaydası açıqlanıb

Xarici media nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyət göstərməsi qaydası açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycanda akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq …

Read More »

Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımın təşkili qaydası açıqlanıb

Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımın təşkil edilməsi qaydası açıqlanıb. Boyukmillet.com xəbər verir ki, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir: 1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar …

Read More »

Azərbaycanda Audiovizual Şura yaradılacaq

Azərbaycanda Audiovizual Şura yaradılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd edilib ki, Azərbaycanda audiovizual media sahəsində tənzimləməni Şura həyata keçirir. Şuranın fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Şura müstəqil balansa, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanuna uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı …

Read More »

ÜST-ün Azərbaycandakı nümayəndəsi: “Əslində normal həyata dönmüşük”

“Azərbaycan koronavirus infeksiyasına qarşı tədbirlərini çox sürətlə aparan ölkələrdən biridir. 2020-ci il fevralın 19-da Azərbaycanda ilk COVID-19 faktı aşkarlandı və bir il sonra vaksin icad ediləndən dərhal sonra bütün ölkə üzrə vaksinasiya prosesinə başlanıldı”. Boyukmillet. com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, hər hansı dövlətin bu istiqamətdə …

Read More »

Bu gün Moskvada “3+2” formatında ilk görüş keçiriləcək

Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq. Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək. Danışıqların “3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan …

Read More »