Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından 33 il ötür. Boyukmillet.com -un xəbərinə görə, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “5 dekabr – deportasiyanın anım günü”adlı tədbir keçirilib. Toplantıda Milli Məclisin deputatları, alimlər, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri və digər şəxslər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbyacanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü …
Read More »Səlim Müslümovun həbs müddəti daha 3 ay uzadılıb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb və həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin …
Read More »Azərbaycan XİN Finlandiyanı təbrik edib
Azərbaycanın Xarici işlər Nazirliyi Finlandiyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik mətni qurumun tviter səhifəsində dərc edilib. “Finlandiya Respublikasının Müstəqillik Günü münasibətilə Finlandiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək, Finlandiya!”, – qeyd edilib.
Read More »Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
“Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: “Milli Məclisdə …
Read More »Qarabağda biznes fəaliyyəti göstərmək üçün 900-dan çox müraciət daxil olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib. Onun sözlərinə görə, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur. “İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, …
Read More »Prezident rabitə və informasiya texnologiyaları sahəsində çalışanları təltif edib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər. 3-cü dərəcəli “Əmək” ordeni ilə Abasbəyli Siruz Hüseyn oğlu “Tərəqqi” medalı ilə Abbasov Cəmil Salman oğlu Ağayev Vaqif Şamil oğlu Aslanov Mübariz Sarı oğlu Əhədov İlham Cankişi …
Read More »Məhkəmə həbsdən çıxdıqdan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı qərar verib
Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini Heydər Heydərli ilə bağlı qərar verib. Boyukmillet.com xəbər verir ki, onun barəsində 2 ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Şəki rayon sakininə məxsus …
Read More »Ermənistan ordusunun əsgəri öldürülüb
Ermənistan ordusunun hərbi qulluqçusu güllələlənib. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:20 radələrində olub. Belə ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Qor Martirosyan müəmmalı şəraitdə odlu silahdan açılan atəşlə ağır yaralanıb. O, aldığı xəsarətdən ölüb. Hadisənin başvermə şəraiti ilə bağlı təhqiqat aparılır.
Read More »Türkiyə müxalifəti də 2023-ə hazırlaşır: nələr dəyişə bilər?
Türkiyədə Ərdoğandan sonrakı dövrə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs AKP seçicisindən öz payını almağa tələsir. Boyukmillet.com xəbər verir ki, bu sözləri ReAL üzvü Natiq Cəfərli Türkiyədə siyasi partiyalarla təmaslardan aldığı təəssüratı bölüşərkən qeyd edib. Politoloqun fikrincə, bütün uzunömürlü hakimiyyətlər kimi, AKP-nin təkbaşına iqtidar dövrü də sona yaxınlaşır: “Üzdə olan və ya potensialı olan 5 yeni partiya …
Read More »ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib
“Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək”. Boyukmillet.com ABŞ Dövlət Departamentinin rəsmi məlumatına istinadən xəbər verir ki, bunu ölkənin dövlət katibi Entoni Blinken ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı açıqlamasında bildirib. “ABŞ iki …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar