Cümə , 10 Aprel 2026

autor

Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə …

Read More »

Erməni iqtisadçı: “Ölkədə yoxsulluq sosial təhlükə həddindədir”

Ermənistanda yoxsulluğun səviyyəsi artır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb. Bildirilib ki, Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə yoxsulluq həddi 27 faiz olub. Bu, 2019-cu illə müqayisədə 0,6 faiz çoxdur. Hesabatda qeyd edilib ki, Ermənistan əhalisinin 78 faizi yaşadığı evdən bir həftə kənarda yaşaya bimir. Ölkə vətəndaşlarının 75 faizi konsert, idman yarışları, film seyr etmək kimi …

Read More »

Laçında ağacəkmə aksiyası keçirilib

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib. …

Read More »

İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Boyukmillet.com  xəbər verir ki, Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin …

Read More »

Heydər Əliyev Fondu Müqəddəs Məryəm katolik kilsəsində bərpa işlərini başa çatdırıb

Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb. Fonddan verilən məlumata görə, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub. Qeyd edək ki, kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də dağıdılmışdı. Azərbaycan müstəqilliyini …

Read More »

Azərbaycan XİN Rumıniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Rumıniyanı Milli Bayram Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar nazirliyin tviter səhifəsində paylaşım edilib. “Milli Bayram Günü münasibətilə Rumıniya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Bayram Gününüz mübarək, Rumıniya”, – təbrikdə bildirilib. Qeyd edək ki, dekabrın 1-i Rumıniya və Transilvaniyanın birləşməsi – çağdaş Rumıniyanın yaranması günüdür.

Read More »

Hacıqabulda narkotik satan şəxslər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən  məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Müşfiq Gözəlov və Vüqar Süleymanov rayon ərazisində saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar …

Read More »

Azərbaycan YUNESKO-nun komitəsinə üzv seçilib

Noyabrın 30-u və dekabrın 1-də YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas çərçivəsində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə …

Read More »

Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər

Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib. Noyabrda İdlib deeskalasiya zonası ərazisindən terrorçuların hökumət qüvvələrinə qarşı 258 hücumu qeydə alınıb. “Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə çağırır”, – Kulit …

Read More »

İran və ABŞ arasında nüvə razılaşması ilə bağlı böyük fikir ayrılıqları qalmaqdadır

İranın nüvə proqramının qiymətləndirilməsində rəsmi Tehran və Vaşinqton arasında böyük fikir ayrılıqları qalır, lakin Rusiya mübahisəli məsələlərin həlli perspektivini real hesab edir. Boyukmlet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib. “Məsələ son dərəcə çətindir . Görünür ki, İran və ABŞ arasında fərqlər çox böyükdür, bu, əvvəlki raundlarda da olub, indi …

Read More »