Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, iki ölkənin Baş prokurorları arasında ikitərəfli görüş keçirilib. Görüş əsnasında Ukrayna Baş prokuroru İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Read More »“Qaraheybət” şəhidləri dəfn olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub. Onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanların II Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir. Boyukmillet.com xəbər …
Read More »Azərbaycanda ilin idmançısı adına namizədlər bəlli olub
Azərbaycanda ilin idmançısı adına namizədlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda 10 nəfər yer alıb. İlin İdmançısı 1. Hacı Əliyev – sərbəst güləşçi (Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı) 2. İrina Kindzerska – cüdoçu (Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, qadın cüdosunda Azərbaycanın ilk olimpiya medalının sahibi, “World Masters” turnirinin gümüş medalçısı) 3. İrina Zaretska – …
Read More »Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb
“Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”. E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq …
Read More »Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq
Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaqlar. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimi bu gün keçiriləcək. Artıq “Sərhədçi” İdman Kompleksində şəhid hərbi qulluqçularla keçirilən vida mərasimi başa çatıb. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” …
Read More »Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti …
Read More »Azərbaycan “Qaraheybət” şəhidləri ilə vidalaşır – FOTOREPORTAJ
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir. Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak …
Read More »DSX rəisinin müavini: “Bu şəhidlər Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər”
“Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu DSX rəisinin müavini, general-leytenat İlham Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün vida mərasimi keçirilən şəhidlərimiz Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər: “Onlar …
Read More »Baş prokuror: “Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərir”
“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu faktla …
Read More »Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, nazir başsağlığı sözlərini tviter hesabında yazıb. XİN başçısı bildirib ki, dost, qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb: “Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar