Cümə , 10 Aprel 2026

autor

Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub

Ermənistanda “Sisak” adlı silahlı dəstənin başçısı Aşot Minasyan həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan feysbuk səhifəsində yazıb. Vəkil bildirib ki, müvəkkilinn həbsi hökumətin sifarişidir. Məlumata görə, Aşot Minasyan Azərbaycanın Qarabağ bölgəsinin işğalında və 44 günlük döyüşlərdə Ermənistan silahlılarının sırasında iştirak edib.

Read More »

Helikopterin qəzaya uğraması nəticəsində həlak olanların nəşinin müayinəsi başa çatıb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olanların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, cənazələr morqdan qaldırılıb. Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin “Sərhədçi” İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq. Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil …

Read More »

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin …

Read More »

Xorvatiya səfirliyi Azərbaycana başsağlığı verib

Xorvatiya səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib. “Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirik”, – paylaşımda deyilir. Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi …

Read More »

Azərbaycanda dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində səmərəli islahatlar aparılır. İslahatların tərkib hissəsi kimi dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən cari il dekabrın 1-dən başlayaraq sertifikatın (diplomun) təqdim edilməsi prosesi …

Read More »

Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olanlarla bu gün vida mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin “Sərhədçi” İdman Kompleksində başlayacaq. Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur. Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün “Sərhədçi” İdman Kompleksinə aparılacaq. Daha …

Read More »

Laçında xidmət edən hərbçilər danışır: “Sərhədlərimizin keşiyində möhkəm dayanmışıq”

Azərbaycan Müdafiə Nazirliyi Laçının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə rayona mediatur təşkil edib. “Report”un Laçına ezam edilən əməkdaşının məlumatına görə, KİV nümayəndələri rayon ərazisində dislokasiya olunan hərbi bölmələrə baş çəkiblər. Jurnalistlər Laçında yerləşən strateji döyüş postunda olublar. Azərbaycan Ordusunun postu ilə Ermənistan Silalı Qüvvələrinin postu arasında olan məsafələr 10-150 metr arasında dəyişir. Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən …

Read More »

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Səfir Örl Litzenberger helikopter qəzasında həlak olanlara görə başsağlığı verir. Onların ailələrinə və dostlarına başsağlığı veririk”, – paylaşımda vurğulanıb. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da …

Read More »

Rusiya səfirliyi Azərbaycana başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb. “Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik! Allah rəhmət eləsin”, – başsağlığı mətnində bildirilib. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin …

Read More »