“MDB PA çərçivəsindəki əməkdaşlığımızın üzv ölkələri arasında tərəfdaşlıq üçün səmərəli mexanizm olmasını görmək sevindiricidir. Belə ki, beynəlxalq miqyasda yaradıcı imkanlara malik parlament diplomatiyasının əhəmiyyəti get-gedə daha da artır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyanın 53-cü iclasında bildirib. Onun sözlərinə görə, yeni ideyalar, layihələr, keçirilən beynəlxalq tədbirlər nəticəsində quruma olan maraq daha da artıb: “Azərbaycanda …
Read More »Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb
“Biz gözləyirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlər müəyyənləşəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “Bizim gözləntimiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Görüş 2020-ci il noyabrın 10-da imzlaanmış atəşkəs sazişinin nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin …
Read More »İsraildə koronavirusun yeni növünə ilk yoluxma qeydə alınıb
İsraildə Malavidən qayıtmış bir nəfər vətəndaşın koronavirusun B.1.1.529 ştamına yoluxduğu aşkarlanıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildiriblər. Bununla yanaşı, xaricdən qayıdan daha iki nəfərlə bağlı şübhələr olduğundan onlar testdən keçirilərək cavab gələnədək təcrid olunublar.
Read More »Tofiq Zülfüqarov: “Bakı və Moskva İrəvandan öhdəliklərini yerinə yetirməyi istəyəcək”
“Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi məsələsi Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında bu gün Soçi şəhərində keçiriləcək görüşün əsas gündəmi ola bilər”. Bunu “Report”a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. “Azərbaycan ilə Rusiya 10 noyabr razılaşması çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu, Paşinyanın üzərinə götürdüyü öhdəlikdir. Bu gün hər hansı …
Read More »DİN-in yeni veb-saytı istifadəyə verilib
Daxili İşlər Nazirliyinin (DİN) müasir standartlara cavab verən yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib. Boyukmillet.com-un xəbərinə görə, yeni resurs dizayn və informativ baxımdan olduqca yeni metodlara uyğun hazırlanıb. Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub. Yeni resursda Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrin operativ qurulması, vətəndaş müraciətləri və DİN-in digər fəaliyyət sahələri …
Read More »Rusiyanın Kemerovo vilayətində üç günlük matəm elan olunub
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub. Rusiya …
Read More »Lənkəran polisi əməliyyatlar keçirib, 9 nəfər saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Taris Nağızadə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Araşdırmalarla T.Nağızadənin Lənkəran şəhəri ərazisində bir evdən 600 manat pul oğurladığı da müəyyən edilib. Bildirilib ki, bununla yanaşı həmin …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.11.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9076 manat, Rusiya rublunun məzənnəsi isə 0,88% geriləyərək 0,0225 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,90761 Rusiya rublu0,02251 Avstraliya dolları1,21461 Argentina pesosu0,01691 Belarus rublu0,67051 Braziliya rialı0,30561 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1047100 Cənubi Koreya vonu0,14241 Çexiya …
Read More »Fuad Muradov Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti, eləcə də dünya azərbaycanlılarının təşkilatlanması və Mərkəzi Asiya ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası prosesi barədə məlumat verib. Azərbaycanla Qırğızıstan arasında münasibətlərin iki ölkənin ortaq tarixinə, mədəniyyətinə, müştərək mənəvi dəyərlərinə əsaslanan dostluq …
Read More »Prezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfərə gedib
Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar