Azərbaycan Respublikasının Baş prokuroru Kamran Bayram oğlu Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Agentlikdən verilən məlumata görə, iclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər …
Read More »Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı rəsmi Kreml yayıb. Bildirilib ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.
Read More »Samir Adıgözəlli: “İran blokada şəraitində olan bir region üçün yolu üzümüzə bağladı
Azərbaycan və İran arasında bu il 9 ay ərzində ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb. Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşdə deyib. Ş.Mustafayevin sözlərinə görə, ticarət dövriyyəsi, ötən 2 ildə koronavirus pandemiyasının ölkələrin iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməsinə baxmayaraq, artıb. İran və Azərbaycan arasında nəqliyyat …
Read More »Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması üçün görülən işləri açıqlayıb
“Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib. O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: “Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda …
Read More »Ağdama icazəsiz keçmək istəyən şəxslər həbs edilib
“İşğaldan azad edilən ərazilərə mülki şəxslərin qanunsuz keçməsi onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Bu barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu qaydalara əməl etməyən şəxslərə rast gəlinir”. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildiirlib. Qeyd edilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub. Rayon ərazisindəki …
Read More »Azərbaycan və Türkiyə ordularının döyüş qabiliyyətinin artırılması üçün birgə layihələr həyata keçirilir
Noyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə …
Read More »Ceyhun Bayramov: “Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin evlərinə qayıtmasının şahidi olacağıq”
“Azərbaycan azad olunmuş ərazilərinin yenidən inteqrasiyası istiqamətində sürətlə irəliləyir”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunun tviter səhifəsində paylaşılan videomüraciətində bildirib. “Noyabrın 8-də Azərbaycanda Qələbə Gününü qeyd etmişik. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı erməni işğalından azad etdik. Bu qələbə ölkəmin tarixində yeni dövr açdı, beynəlxalq haqq-ədaləti, ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış …
Read More »Sabah güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 7-9° …
Read More »Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib
“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”. Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib. “Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Burada işləyən sürücülərin nəinki əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar