Quba bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun məhkəməsi başlayır. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Aparılan istintaqla Timiryazev bələdiyyəsinin sabiq sədr müavini M.Bayramovun işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə …
Read More »Azərbaycanın Vatikanda səfirliyi təsis edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanunu imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, qanuna əsasən, Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır. Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini …
Read More »Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan feysbuk səhifəsində yazıb. O, mətbuat konfransında KİV və QHT təmsilçilərinin suallarına cavab verəcəyini bildirib. N.Paşinyan deyib ki, mətbuat konfransı 1,5 – 2 saat davam edəcək.
Read More »Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa oluna bilər
“Azərbaycanın nümayəndə heyətinin İrana səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək”. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında deyib. Onun sözlərinə görə, səfər iki ölkə arasında imzalanmış müqavilələrin şərtlərinə əməl olunması üçün maneələri aradan qaldıracaq: “Bu, hər iki xalqın mənafeyinə xidmət edir”. Nazir …
Read More »Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək
“Yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimat keçiriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq …
Read More »Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub
Xətai rayonunda, Seyid Əzim Şirvani küçəsində Vətən müharibəsi şəhidi Fəxrəddin Yaqub oğlu Yaqubovun anım mərasimi və xatirə lövhəsinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, 7 saylı Şəhər Poliklinikasının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış tədbirində Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha …
Read More »Bakıda akademiyanın 2-ci kurs tələbəsi niyə intihar etdi? – ŞOK SƏBƏB
Milli Aviasiya Akademiyasının II kurs tələbəsi Əli Əbilovun 3 gün əvvəl intihar etməsi ilə bağlı xəbər vermişdik. Boyukmillet.com xəbər verir ki, 20 yaşlı Əlinin sevdiyi xanıma görə həyatına son qoyduğu məlum olub. Mərhumun tələbə yoldaşları hadisənin cavabsız sevgi ilə bağlı olduğunu bildiriblər. Qeyd edək ki, intihar edən tələbə əslən Cəbrayıl rayonundandır. Faktla bağlı araşdırma aparılır. /Publika.az/
Read More »İlham Əliyev Koreya Prezidenti yanında Komitənin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Vətən Müharibəsi Qəhrəmanları ilə görüş keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilib. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzülüb. Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün …
Read More »Bu gün Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq. İclasda Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq. Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir. Terrorla mübarizə məsələsi də …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar