ABŞ-ın Atlanta şəhərində hava limanında baş verən odlu silahla insident nəticəsində bir neçə nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) məlumat yayıb. İnsident nəticəsində 3 nəfərin yaralandığı qeyd edilir. Hadisə müvəqqəti olaraq təyyarələrin uçuşunun dayandırılmasına səbəb olub. Bundan əvvəl bildirilib ki, Xartsfild-Cekson Beynəlxalq Hava Limanında odlu silahdan təsadüfən açılan atəş insanları qorxudub.
Read More »Prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri ilə görüşəcək – RƏSMİ
“Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin …
Read More »Ermənistan sərhəd döyüşlərində 21 hərbçisini itirib, 100-ə yaxın yaralısı var
Ermənistanın noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı nə qədər itki verdiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” Azərbaycan və Rusiyadakı hərbi dairələrdə olan mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilib ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan Silahlı Qüvvələrinin yaralılarının sayı isə 100-ə …
Read More »Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Hidayət oğlu Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib
İranın Azərbaycandakı Səfirliyi ölkəsinin iş adamlarının iştirakı ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, səfirliyin ticarət attaşesinin də iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin son vəziyyəti və inkişafı müzakirə edilib. İştirakçılar iqtisadi əlaqələrin genişləndirilməsindəki maneələrin aradan qaldırılması yollarını müzakirə edib, bu cür görüşləri davam etdirməyi qərara alıb. Bunun üçün İran səfiri həftədə bir dəfə belə görüşə qatılacaq.
Read More »Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində müşavirə keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Əvvəlcə nazir V.Eyvazovun təklifi ilə böyük zəfərlə başa çatmış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müşavirəni açan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş …
Read More »Daxili Qoşunların Vətən müharibəsində orden və medallarla təltif edilən hərbçilərinin sayı açıqlanıb
“Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb”. Boyukmillet.com xəbər verir ki, bunu Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində keçirilən əməliyyat müşavirəsində çıxışında deyib. O bildirib ki, Vətən müharibəsində göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla …
Read More »Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə …
Read More »ATƏT-in Daimi Şurasına Ermənistanın təxribatları barədə məlumat verilib
Ermənistanın beynəlxalq pozuntularına baxmayaraq, münaqişədən sonrakı reallıqlar sülh yaratmaq, sabitliyi gücləndirmək, dinc birgəyaşayışı bərpa etmək, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoymaq üçün unikal imkan yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin noyabrın 18-də qurumun Daimi Şurasının iclasında oxunan bəyanatında deyilir. Nümayəndəlik münaqişədən sonrakı mərhələdə ATƏT və onun strukturlarının bütün səylərinin regionda sülhün, etimadın və sabitliyin …
Read More »Ağdamın erməni işğalından azad olunmasından bir il ötür
Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Boyukmillet.com xatırladır ki, Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar