Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, bəzi sosial media platformalarında yayılan və Türkiyənin İrana qarşı son hücumlara …
Read More »Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı …
Read More »Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: Sertifikatlı rəy niyə tanınmır?
Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı regionlarda qiymət fərqləri və rəyin tanınmaması halları müzakirə mövzusuna çevrilib. Boyukmillet.com xəbər verir ki, mövcud qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilir. Torpaq sahələrinin satışa çıxarılması və ya vətəndaşlar tərəfindən sənədləşdirilməsi zamanı müstəqil qiymətləndiricilər tərəfindən rəsmi rəy hazırlanır. Lakin bəzi hallarda regionlarda bələdiyyələrin …
Read More »İran İncirliyi və ABŞ gəmilərini hədəf aldı
İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələrin əhatəsini genişləndirib. Boyukmillet.com xəbər verir ki, Tehranın Türkiyədə yerləşən İncirlik Hərbi bazasına, İordaniyanın paytaxtına da zərbələr endirib. Bundan əlavə, İranın ballistik raketlərlə ABŞ-a məxsus Avraam Linkoln təyyarədaşıyanını vurmağa çalışdığı qeyd edilir. İran Xarici İşlər Nazirliyi BMT-yə müraciət edərək İsrail-ABŞ hücumlarının dayandırılmasını, bütün dünyanın bu addımı pisləməsini tələb edib.
Read More »Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
Rusiya səfirliyi İrandakı vətəndaşlarına növbəti xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlik İranı tərk etmək üçün ən optimal marşrutlar kimi Azərbaycan və Ermənistan istiqamətlərini göstərib. Açıqlamada qeyd olunur ki, İranı Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçərək tərk etmək mümkündür, lakin bunun üçün əvvəlcədən Azərbaycan tərəfinin müvafiq icazəsinin alınması vacibdir. Alternativ marşrut kimi isə İran–Ermənistan sərhədində yerləşən Norduz–Aqarak keçid məntəqəsi göstərilir. …
Read More »İran BMT-ni ABŞ və İsrailin hərəkətləri ilə bağlı təcili tədbirlər görməyə çağırıb
İran Xarici İşlər Nazirliyi BMT-nin baş katibini və Təhlükəsizlik Şurasını ABŞ və İsrailin hərəkətləri ilə bağlı ən qısa zamanda tədbirlər görməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir. “Bu gün səhər, Novruz ərəfəsində və müqəddəs Ramazan ayının onuncu günündə İsrail İranın ərazi bütövlüyünü və milli suverenliyini kobud şəkildə pozaraq ölkəmizin müxtəlif şəhərlərində bir sıra hədəflərə, müdafiə …
Read More »Boliviyada pulla dolu hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi La-Pas yaxınlığındakı El-Alto şəhərində qəzaya uğrayıb. Boyukmillet.com-un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli televiziya kanalları xəbər yayıb. Boliviya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules” təyyarəsi cümə axşamı paytaxt La-Pas yaxınlığındakı El-Alto şəhərinin prospektində qəzaya uğrayıb. Yerli mediada yayımlanan video görüntülərdə təyyarənin ciddi ziyan gördüyü görünür. Daha sonra “Unitel” televiziya kanalı …
Read More »Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb
Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Federasiyadan bildirilib. “Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb”, – qurumdan vurğulanıb. Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal …
Read More »Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Məqsədimiz İran rejiminin birbaşa təhdidlərini aradan qaldıraraq ABŞ xalqını qorumaqdır”, – o bildirib.
Read More »XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır
Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı XİN “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Hər hansı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar