Bazar ertəsi , 6 Aprel 2026

autor

Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. “Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz”, – o bildirib. Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi …

Read More »

Türkiyənin hərbi rəhbərliyi İranla sərhədə gedib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranla sərhəddə yerləşən hərbi hissələri yoxlamaq üçün Van vilayətinə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, nazirlə bərabər, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri də ərazidədir. Qeyd edək ki, iyunun 13-dən İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komanda heyətini də hədəf alan …

Read More »

İsrail və İran arasında nə baş verir?

Boyukmillet.com xəbər verir ki, İsrail və İran arasındakı gərginlik son aylarda daha da artıb. Əsas səbəblərdən biri İranın nüvə proqramı və İsrailin bunun qarşısını almaq üçün atdığı addımlardır. İran isə öz növbəsində regionda Hizbullah və HƏMAS kimi silahlı qrupları dəstəkləyir, bu da İsraildə narahatlıq doğurur. İran və İsrail arasında hazırda birbaşa müharibə olmasa da, kiber hücumlar, dron zərbələri və kəşfiyyat …

Read More »

Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir. Ombudsman …

Read More »

Prezident İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb. “Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət …

Read More »

İranın vitse-prezidenti nüvə obyektlərindəki vəziyyəti normal adlandırıb

İsrailin zərbələri fonunda İran nüvə obyektlərindəki vəziyyət normaldır. Boyukmillet.com xəbər verir ki, bu barədə SNN telekanalı İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslamiyə istinadən məlumat yayıb. O, nüvə obyektlərində hazırkı vəziyyətin necə olduğu barədə suala “yaxşıdır” cavabını verib. Daha əvvəl İsrail tərəfi İranın bir neçə nüvə obyektinə, o cümlədən Natanz və Fordoya zərbələr endirildiyini bildirmişdi. Daha sonra Atom …

Read More »

İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciət mətnini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.

Read More »

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 40 ailə – 154 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və …

Read More »

Azərbaycanla Maldiv arasında viza rejimi qismən ləğv edilib

Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” iyunun 18-dən qüvvəyə minir. Boyukmillet.com-un məlumatına görə, Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və maldivli həmkarı Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb. Müvafiq Qanun layihəsi Azərbaycan Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında …

Read More »

Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il …

Read More »