Cümə , 10 Aprel 2026

autor

Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğunda koronavirusdan dünyasını dəyişən Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovun xatirə guşəsi yaradılıb

Türkiyənin Alaniya şəhərində koronavirusdan dünyasını dəyişən Ukraynanın Xalq rəssamı, tanınmış heykəltaraş Seyfəddin Qurbanovun koronavirusdan dünyasını dəyişməsi, Ukraynanın mədəniyyət və incəsənət cameyəsində böyük hüzn və təəssüf hissi ilə qarşılanıb. Bununla bağlı Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğunda Xalq rəssamının xatirə guşəsi yaradılıb. Artıq 3 gündür Ukraynanın tanınmış, incəsənət və mədəniyyət xadimləri, Xarkov vilayət və şəhər admnistrasiyasının rəsmiləri, o cümlədən bu şəhərdə yaşayan …

Read More »

“Gələn il istehlak mallarının qiymətində ciddi artım olacaq” – İqtisadçıdan PROQNOZ

Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında inflyasiyanın ötən ilin eyni dövrünə nisbətən 5.7 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının eyni dövrdə 6.7 faiz bahalaşdığını açıqlayıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, mövcud inflyasiyanın beşdə dördü qeyri-monetar amillər, yəni pul və kredit siyasəti ilə əlaqəsi olmayan faktorlardan qaynaqlanır. Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, inflyasiyanın təbii və qeyri-təbii təsir …

Read More »

Münaqişədən sonra Cənubi Qafqazda yaranan vəziyyət Belçikada müzakirə olunub

Brüssel Mətbuat Klubunda “Münaqişədən sonrakı çağırışlar: Cənubi Qafqaz regionu” (“Post-Conflict Challenges: South Caucasus Region”) mövzusunda konfrans və virtual sərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, “Haider Global BVBA” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Avropa Parlamentinin indiki və sabiq deputatları, siyasətçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Avropa Parlamentinin sabiq üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sabiq sədri Səyyad Kərimin moderatorluğu ilə aparılan …

Read More »

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının toplantısını keçirib

Rusiya Prezidenti Valdimir Putin videokonfrans formatında Təhlükəsizlik Şurasının daimi üzvlərinin əməliyyat müşavirəsini keçirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Kremlin.ru” saytı yayıb. Rusiya Prezidenti müxtəlif beynəlxalq təşkilatlardakı fəaliyyətindən danışıb. O, pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səy göstərməsinin vacibliyindən bəhs edib. Vladimir Putin ölkəsinin bu istiqamətdə göstərdiyi fəaliyyəti də vurğulayıb.

Read More »

Prezident Biləcəri lokomotiv deposunun açılışında – FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür …

Read More »

TƏCİLİ XƏBƏR: Yaxın saatlarda Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli saziş imzalanacaq

Yaxın saatlarda Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli saziş imzalanacaq. Boyukmillet.com xəbər verir ki, TGK “Operativ məlumat mərkəzi”nin məlumatına görə,  Zəngəzur dəhlizi məsələsini həll edən sənədin imzalanması gözlənilir. “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır! Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə!” – hərbi ekspert Ədalət Verdiyev belə bir status paylaşıb.Yaxın saatlarda bu barədə dəqiq məlumat veriləçək.  /Konkret.az/

Read More »

Vilayət Eyvazov Bayram Səfərovun oğluna yüksək vəzifə verdi

Daxili İşlər orqanlarında yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Xəlil Bayram oğlu Səfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinə rəis təyin edilib. Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur. O, bundan əvvəl Baş Mühafizə İdarəsinin mühafizə …

Read More »

Qazilər Bakıda aksiya keçirdi – DİN-dən AÇIQLAMA

Bu gün 26 nəfər sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. “Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan …

Read More »

BMT Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib

Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qətnaməyə 126 BMT üzvü dövləti həm-müəllif …

Read More »

Ölən erməni hərbçilərinin analarından Paşinyana istefa ÇAĞIRIŞI

44 günlük müharibədə ölən erməni hərbçilərin anaları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Boyukmillet.com  xəbər verir ki, bu barədə həlak olan hərbçilərin anaları sosial şəbəkələrdə yazırlar. “Bizə qoşulun. Susmayın. Mən Ermənistanda hakimiyyəti ələ keçirmiş xəyanətkar Nikol Paşinyanın istefasını tələb edirəm. Onun rəhbərliyi altında Ermənistan ancaq məğlub olub, alçaldılıb və gənc nəslini qurban verib. O deyir ki, xalq onu …

Read More »