Cümə , 10 Aprel 2026

autor

Səfir: “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır”

İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi hərbi təxribatların nəticəsi olaraq yaranmış vəziyyətə dair “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır” sərlövhəli məqaləsi dərc olunub. Azərbaycanın İtaliyadakı səfirliyindən “Report”a verilən məlumata görə, diplomatın məqaləsində qeyd olunur: “Azərbaycan son aylarda dəfələrlə Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən bütün regionda …

Read More »

FHN Mingəçevirdə taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib. Boyukmillet.com xəbər verir ki, təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və …

Read More »

Komissiya sədri: “Rusiya Ermənistanla bağlı öhdəliklərini yerinə yetirmir”

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Rusiyadan narazılıq edib. Boyukmillet.com xəbər verir ki, o, rəsmi Moskvanı İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. “Biz strateji müttəfiqimiz tərəfindən adekvat reaksiya görmürük. 2020-ci il mayın 14-də həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də Rusiyaya bır sıra istiqamətlər üzrə sorğu göndərdik. Amma sorğudan sonra atılan addımlar bizim gözləntilərimizi doğrultmadı. Təəssüf ki, biz gözlədiyimiz …

Read More »

ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ann Linde tviter səhifəsində yazıb. Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub. “Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – …

Read More »

Rusiyada Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb

Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb. Boyukmillet.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb. T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir. …

Read More »

Azərbaycanda general vəfat edib

Azərbaycanda general vəfat edib. Boyukmillet.com xəbərinə görə, ədliyyə general-mayoru Zavər Qafarov noyabrın 17-də 68 yaşında dünyasını dəyişib. O, ürək tutmasından vəfat edib. Qeyd edək ki, Z.Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.

Read More »

Daha bir şəhidimizin nəşi ailəsinə təhvil verildi

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində Şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində vkeçiriləcək. Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub. Allah rəhmət eləsin!

Read More »

Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADIDIM: “Ermənistanın yanındayıq”

44 günlük Qarabağ müharibəsində Azərbaycana qarşı qərəzli açıqlamları və addımları ilə yadda qalan Kanada bu dəfəki gərginlikdə də Ermənistanın yanında olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, Kanada Xarici işlər naziri Melani Coli sərhəddəki qarşıdurmadan sonra verdiyi açıqlamada Ermənistanın itkilərinə üzüldüyünü bildirib. “Kanada Ermənistan və Azərbaycan sərhədində baş vermiş son toqquşma səbəbindən erməni tərəfinin itkilər verməsindən dərin narahatdır. Düşüncələrimiz həlak olanların …

Read More »

Hulusi Akar: “Türkiyə bundan sonra Azərbaycann yanında olmağa davam edəcək”

“Biz Qafqazın sabitliyinə əhəmiyyət veririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Erciyez Universitetinin yaradılmasının 44-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib. “Can Qardaşımız Azərbaycan “Tək Vətən” hərakatı ilə torpaqlarını işğaldan azad edib. Türkiyə müharibə vaxtı olduğu kimi, bundan sonra da bütün imkanları ilə qardaşlarının yanında olmağa davam edəcək”, – nazir vurğulayıb.

Read More »

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % …

Read More »