Cümə , 10 Aprel 2026

autor

Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb

“Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib. “Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, …

Read More »

Azərbaycanda daha 2 025 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 2 267 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 565 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7 524 nəfər vəfat edib. 30 336 nəfər aktiv …

Read More »

İlham Əliyev Latviya Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan-Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə …

Read More »

“Zaman bizim xeyrimizə işləyir” – Sərhəd toqquşmasının arxa fonu

Əgər üçtərəfli bəyannaməyə əməl edilməsə, Azərbaycan razılaşmanı tərk edə bilər 44 gün davam edən Vətən Müharibəsi bitsə də, hələ də silahlar susmayıb. Üçtərəfli bəyannamə imzalansa da, qeyd olunan bəndlər həyatda öz əksini tapmayıb.  Dünən Azərbaycan-Ermənistan sərhəddində daha bir gərginlik yaşandı. Artilleriya qurğularının da işə salınması ilə aparılan toqquşmada Azərbaycan Ordusu 7 nəfər şəhid verdi. Qeyri-rəsmi mənbələrdə isə Ermənistanın 30-a yaxın …

Read More »

Mehriban Əliyeva şəhid ailələrinə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizlə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların …

Read More »

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisinə abidə ucaldılıb

Belarusun Qrodnenski vilayətinin Borunı qəsəbəsində həmyerlimiz, Birinci Dünya müharibəsinin qəhrəmanı, “İlya Muromets-16” bombardmançı təyyarəsinin artilleriya zabiti Fərrux Ağa Qayıbovun büstünün açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, hərbi attaşe Elşən Rəhimov, Fərrux Ağa Qayıbovun qardaşı nəvəsi Həmidə Qayıbova, Belarusun Müdafiə Nazirliyinin təmsilçiləri, hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər. Poruçik Fərrux ağa Qayıbov tarixə təkcə …

Read More »

Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

“Noyabrın 16-da erməni təxribatı nəticəsində şəhid olan əsgərlərimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Sədr şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Daha sonra sədrin təklifi qəbul olunub və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Read More »

Azərbaycanda hərbçilərin vəzifələri müəyyənləşir – SİYAHI

Azərbaycanda hərbi qulluqçuların ümumi və xüsusi vəzifələri müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, hərbi qulluqçular Konstitusiyada və digər qanunvericilik aktlarında mülki şəxslər üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan ümumi və xüsusi vəzifələri yerinə yetirirlər. Hərbi qulluqçuların aşağıdakı ümumi vəzifələri vardır: 1. Azərbaycanın müstəqilliyini, suverenliyini, …

Read More »

Şəhid ailəsi üzvlərinə vergi güzəşti edilməsi layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində …

Read More »

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com -un xəbərinə görə, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsi rüsumu artırılır. Belə ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata dəyişdirilir.Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və …

Read More »