Cümə , 10 Aprel 2026

autor

Moskva vilayətində azərbaycanlı əsgərlərin xatirə lövhəsinin açılışı olub

Moskva vilayətinin Lotoşino qəsəbəsində İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlı əsgərlərin qəhrəmanlığını əbədiləşdirmək məqsədilə xatirə lövhəsinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, abidənin açılışında Moskva və Moskvaətrafının Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 1941-ci ildə alman ordusu Moskvanın mühasirəyə alınması və ələ keçirilməsini nəzərdə tutan “Tayfun” əməliyyatına başlayıb. Lotoşino rayonu düşmənin paytaxta doğru hərəkəti yolunda idi. Döyüşlər zamanı sovet ordusunun …

Read More »

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Azərbaycanı təbrik edir. Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir …

Read More »

Politoloq: “Beynəlxalq birlik Ermənistanın təxribatlarını qınamalıdır”

“Beynəlxalq birlik Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatları qınamalıdır”. Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib. “Ermənistan regionda dinc qonşuluqla və iqtisadi inkişafla bağlı mövcud beynəlxalq normaları pozur. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar Vaşinqtonun beynəlxalq aləmdəki nüfuzunu itirdiyi, ABŞ cəmiyyətinin çoxşaxəli iqtisadi böhrana düçar olduğu bir vaxta təsadüf edir” – deyən politoloqun fikrincə, ABŞ və …

Read More »

Səhiyyə Nazirliyi xüsusi risk qrupuna aid olan şəxslərə müraciət edib

“Elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus infeksiyası bu qrupa aid deyil”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O qeyd edib ki, müəyyən vaxtdan sonra orqanizmdə süni qazanılan immunitet azalmış olur: “Xüsusi risk qrupuna aid olan şəxslərin daha etibarlı müdafiə üçün “buster” dozanı …

Read More »

QHT-lər pulsuz qalıb

“Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb”Cəsarət Hüseynzadə: “Yaxın vaxtlarda müsabiqənin elan olunmasına inamım azdır”Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən dövr ərzində QHT-lərin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyətində müəyyən narazılığa səbəb olmuşdu. Bir sıra qeyri-hökumət təşkilatları problemə görə Agentliyi, yeni yaradılmış təşkilat isə digər müvafiq qurumları suçlamışdılar. Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə …

Read More »

Şəhid Natiq Əliyevin nəşi Gəncədə ailəsinə təhvil verilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev bu gün saat 15:40-da ailəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimi saat 15:00-da başlayacaq və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq. Qeyd edək ki, Natiq Əliyev …

Read More »

XİN başçısı: “Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb”

“Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: “Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan …

Read More »

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.

Read More »

AKP-nin parlament fraksiyasına yeni sədr seçilib

İsmət Yılmaz Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının yeni sədri seçilib. Boyukmillet.com  “TRTHaber”ə istinadən xəbər verir ki, yeni sədr qapalı keçirilən iclasda müəyyənləşib. Məlumata görə, fraksiyaya indiyədək sədrlik edən deputat Naci Bostancıya 2023-cü ildə keçiriləcək seçkilər çərçivəsində AKP-nin mərkəzi qərargahında vəzifə verilib. O, bu səbəbdən tutduğu vəzəfədən azad edilib. Bildirilib ki, Sivasdan millət vəkili seçilən İsmət …

Read More »

Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb – SİYAHI

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır: 1. Tətil etmək; 2. Seçkili orqanlarda vəzifə tutmaq; 3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq; 4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək; …

Read More »