Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə …
Read More »XİN Azərbaycan xalqını təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində əhəmiyyət kəsb edən Milli Dirçəliş Gününü qeyd edirik. Dirçəliş Günümüz Mübarək!”
Read More »İranda neft kəməri partlayıb
“İranın cənubunda, Xuzistan əyalətinin Pamşir rayonun Ramis kəndindən keçən neft kəmərində partlayış olub”. Boyukmillet.com “Tasnim”a istinadən xəbər verir ki, bunu Xuzistan əyalətinin sözçüsü Cəlil Zahiri bildirib. Onun sözlərinə görə, hadisəyə səbəb kimi infrasturkturun köhnəliyi göstərilir. C.Zahiri deyib ki, bu kəmərlə “Marun Panj” şirkətinə neft nəql olunur. O, partlayış nəticəsində insan itkisi olmadığını deyib. Vurğulanıb ki, partlayışın səsi ətraf bölgələrdə də eşidilib.
Read More »Sabahın hava proqnozu açıqlanıb
Noyabrın 18-də gözlənilən hava şəraitiBakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 …
Read More »DSMF-dən uşaqlara müavinət ödənişi üçün xərclərin artırılması təklif olunur
“Azərbaycanda əlilliyin təyinatı ilə bağlı ciddi problemlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib. “Son illər əlillik təyin edilmiş şəxslərin sayı …
Read More »ABŞ Azərbaycana daha 30 minaaxtaran it göndərəcək
“Növbəti ilyarım ərzində Azərbaycana 30 minaaxtaran it veriləcək”. Boyukmillet.com -un xəbərinə görə, bu barədə ABŞ-ın “Marşal” Miras İnstitutu məlumat yayıb. Bildirilib ki, artıq ilk 12 minaaxtaran it təlimlərə başlayıb: “Onlar beynəlxalq mina təmizləmə standartlarına uyğun sertfikat aldıqdan sonra öz işlərinə başlayacaqlar”. Qeyd olunub ki, “Marşal” Miras İnstitutu 2005-ci ildən Azərbaycanda ərazilərinin minalardan təmizlənməsi üzrə yerli qurum olan Azərbaycan Respublikasının Minatəmizləmə …
Read More »Deputat: “Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş verilməlidir”
“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”. Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. “Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə …
Read More »Cinayət törədən erməni hərbçilərinin cəzalandırılmaları üçün tədbirlər görülür – RƏSMİ
“Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır”. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sübütların toplanılması həyata keçirilir.
Read More »Baş Prokurorluq: “Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı cinayət işi açılıb”
Baş Prokurorluq Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən “Report”a daxil olan məlumatda deyilir: “Noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. …
Read More »Azərbaycan MN: “Ermənistanla dövlət sərhədində vəziyyət sabitləşib”
“Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. “Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar