Cümə , 10 Aprel 2026

autor

Azərbaycan gömrükçüləri 218 kq heroinin dövriyyəsinin qarşısını alıb

Azərbaycan gömrük əməkdaşları ölkənin Cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib. “Əməliyyatçılarımızın peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə – heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”, – o qeyd edib.

Read More »

Ombudsman hərbçilərin pensiyası ilə bağlı məhkəməyə müraciət edib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq Plenumun icraata qəbul olunması haqqında qərardad çıxarılıb. Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 7-nə …

Read More »

Ermənistan silahlı bölmələri Kəlbəcərdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Bundan əlavə, …

Read More »

Azərbaycan MN Ermənistan rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib. Nazirlikdən “Report”a daxil olan xəbərdarlıqda deyilir: “Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.

Read More »

Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) çərçivəsində Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir, bunlardan biri yol xəritəsidir ki, ona Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Mahmud Asmalı imza atıb. Budnan başqa, Azərbaycanın …

Read More »

Xuliqanlıq edən AXCP üzvünə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A.Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, A.Hümbətov Yamən Məmmədovu bıçaqlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır …

Read More »

Saakaşvilinin SON DURUMU – Həkimi danışdı

“Eks-prezident bu gün zəif görünsə də, dünəndən fərqli olaraq rahat görüşə bildi”. Gürcüstan mediası xəbər verir ki, bu sözləri ötən gecə eks prezident Mixeil Saakaşvili ilə görüşən şəxsi həkimi Nikoloz Kipşidze deyib. Həkimin sözlərinə görə, Saakaşvili ona bu gün baş tutacaq məhkəməyə gəlməyə və gürcü xalqı ilə danışmağa hazır olduğunu bildirib: “Bu gün dünəndən fərqli olaraq, o, beşinci mərtəbədən, təbii ki, …

Read More »

Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”

“Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib. “Hazırda bir sıra ölkələrdə rekord inflyasiya qeydə alınır. Amma bu təhdidlərə baxmayaraq biz təbii qazı real qiymətinin ¼-nə əhaliyə satırıq. Həmçinin kənd təsərrüfatı sahəsinə dəstək …

Read More »

Azərbaycan sablyaçısı Türkiyədə bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə sablyaçısı Zərifə Hüseynova Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, qrup mərhələsini 4 qələbə ilə başa vuran qılıncoynadan pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü “8-liy”ə yüksəlib. Burada türkiyəli Gökce Sena Üstünə 10:15 hesabı ilə uduzan Hüseynova yekun sıralamada 100-dən çox idmançı arasında 7-ci olub və turnirin …

Read More »

“Naxçıvan Bank”ın rəhbərliyi dəyişdirilib

Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) və Audit Komitəsi (AK) tamamilə yenidən formalaşdırılıb. Boyukmillet.com  bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, indiyə qədər MŞ-na sədrlik edən Vasif Kazımov vəzifəsindən azad edilib, onun yerinə Əsədilla İsgəndərov seçilib. Şuranın üzvləri olan Əlidadaş Babayeva və Xuraman Mircavadova isə Baharxanım Talıbova və Rifat Mahmudovla əvəzlənib. Bundan başqa, indiyə …

Read More »