Cümə , 10 Aprel 2026

autor

Ermənistan Qarabağda meyit axtarmağı dayandırdı

Ermənistan Qarabağın döyüş gedən ərazilərində erməni əsgər meyitlərinin axtarışını dayandırıb. Boyukmilket.com xəbər verir ki, axtarışların 18 oktyabrdan dayandırıldığı bildirilsə də, məlumat indi paylaşılıb. Qeyd edilib ki, 14 noyabrdan 18 oktyabra qədər Qarabağın döyüş gedən ərazilərində tapılan erməni əsgər meyitlərinin ümumi sayı 1697-dir. 

Read More »

Putindən “Bayraqdar”ın zərbə endirməsinə reaksiya

Ukraynanın Donbasda “Bayraqdar”dan istifadə etməsi Minsk razılaşmalarını pozur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Amma buna heç kim reaksiya vermir. Avropanın bu barədə nə dediyi aydın deyil, ABŞ isə bunu dəstəkləyir”, – deyə Putin bildirib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 26 oktyabrda ilk dəfə olaraq “Bayraqdar”dan Donbasda düşmən haubitsasını məhv etmək üçün istifadə edib.

Read More »

Erməni terrorçuları Rusiyanı səfirlikləri partladacaqları ilə hədələyir

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq. İki kollektiv indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə …

Read More »

Dövlət başçısının ordenlə təltif edilməsi Azərbaycanın zəfərinin ümumtürk aləmində əhəmiyyətli mövqeyinin mühüm təstiqidir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən səkkizinci Zirvə toplantısında cənab İlham Əliyevin “Türk dünyası Ali nişanı” ilə təltif olunması Azərbaycan xalqı və Türk dünyası üçün qürur vericidir! Ərdoğan tərəfindən yüksək qiymətləndirilərək hazırlanan bu orden türk birliyini, türk qardaşlığını bir daha sübuta yetirir. Həm ölkə başçımıza, həm də Azərbaycan xalqına olan sevgini, inamı, simfolizə edir. Bu gün türkdilli xalqlarla yanaşı, digər …

Read More »

İtaliyada Zəfər Günü münasibətilə kilsədə konsert keçirilib

Roma şəhərindəki “Chiesa di San Paolo” kilsəsində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Sülh üçün Qələbə” adlı konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, komitənin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə birliyin sədri Fərid Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid Quliyev və Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia çıxış ediblər. Xalqımızı …

Read More »

Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb

Kolumbiyanın nüfuzlu “NTN24” telekanalının “Xəbərlər” proqramında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü ilə bağlı bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi efirə gedib. Boyukmillet.com xəbər verir ki, müsahibədə bir il öncə Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdiyi məlumat verilib və bu ərazilərin işğalçı dövlət tərəfindən kütləvi minalanmaya və irimiqyaslı dağıntılara məruz qaldığı …

Read More »

Ceyhun Bayramov Tobçubaşovun nəvəsinin məzarını ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”.

Read More »

“Sülhməramlıların erməni terrorçulara göz yumması Rusiyaya təhdiddir”

“Təəssüflər olsun ki, terror Ermənistanın dövlət siyasəti, ermənilərin isə milli ideologiyasıdır. Bu mənada biz postmünaqişə dövrü üçün birgəyaşayış barədə danışır və bölgədə sülh və sabitliyin davamlılığını arzu ediriksə, birmənalı olaraq “Dəmir yumruq” həmişə hazır olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan işğaldan azad olunmuş ərazilərə səfər edərkən hər …

Read More »

Deputat: “Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir”

“İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından tarixi hadisədir. Toplantıda qəbul edilmiş qərarlar türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, 12 ildir fəaliyyət göstərən Türk Şurası ötən dövrdə böyük inkişaf yolu keçib və beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, bunun …

Read More »

Ərdoğan: “Bütün maneələri aşacaq gücə sahibik”

“Türkiyə müzakirə mövzusu olanda bəziləri beynəlxalq ticarətin qanunlarını dəyişsə, ikili standartlar tətbiq etsə də, biz bütün bu maneələri aşacaq gücə sahibik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala körpüsündəki son tamamlama işləri ilə tanış olarkən deyib. “Bəlkə bir az vaxt itirəcəyik, bəlkə də bir az daha çox enerji sərf edəcəyik, amma mütləq məqsədlərimizə çatacağıq”- dövlət başçısı bildirib.

Read More »