Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, toplantıda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunur. İclasda hökumət nümayəndələri, deputatlar iştirak edirlər.
Read More »Azərbaycanda polis əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var
Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub. Boyukmillet.com xəbər verir ki, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev və xəsarət alan 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş …
Read More »Azərbaycan və Belarus dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib
“Azərbaycan Dəmir Yolları” QSC-də Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsindən sonra aparılan genişmiqyaslı işlərdən danışıb, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb. Qarşılıqlı …
Read More »Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşım 12 Noyabr – Konstitusiya Gününü ehtiva edib. Paylaşımda Azərbaycan Respublikasının üçrəngli bayrağı yer alıb.
Read More »Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlini qəbul edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 8-ci Toplantısı çərçivəsində baş tutan görüşdə nazir Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini …
Read More »Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu
Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən gün ölkənin ictimai televiziyasına müsahibə verib. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryan Azərbaycanın əsas əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun keçəcəyi marşrut xətti barədə də danışıb. “Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etmək məqbuldur. Hazırda müzakirələr davam edir”,- deyə Qriqoryan söyləyib. Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın …
Read More »Fərhad Abdullayev beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırılan işlərdən danışıb
“Azərbaycan 30 ilə yaxın müddətdə öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib”. Boyukmillet.com xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. “Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və BMT-nin Beynəlxalq …
Read More »Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Səma” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.11.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,3% azalaraq 1,9447 manat, Rusiya rublunun məzənnəsi isə 0,8% azalaraq 0,0237 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,94471 Rusiya rublu0,02371 Avstraliya dolları1,23871 Argentina pesosu0,01701 Belarus rublu0,69871 Braziliya rialı0,31451 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1112100 Cənubi Koreya vonu0,14401 Çexiya …
Read More »Kolumbiya Senatı Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib
Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsindəki qələbəmizin ilk ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, sənəddə əlamətdar günlərlə əlaqədar qardaş Azərbaycan xalqına təbriklər çatdılır, ölkəmizin bundan sonra da çiçəklənmə yolu ilə irəliləyəcəyi və Kolumbiyanın xalqlarımızın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar