Cümə , 10 Aprel 2026

autor

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirilib, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə …

Read More »

Zakir Həsənov əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə azad edilən ərazilərdə yeni hərbi şəhərciklərin açılışı davam etdirilir. Boyukmillet.com xəbər verir ki, əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edən Müdafiə nazirinə məruzə edilib ki, şəhərcik hərbi qulluqçuların bütün zəruri ehtiyaclarının tam təmin edilməsi üçün müasir avadanlıq, …

Read More »

Şəhid Tariyel Atayevin ailəsi üçün fərdi yaşayış evi tikilir

Şəhid ailələri və qazilərə dəstək kampaniyası çərçivəsində Rusiyanın Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin təşkilatçılığı ilə növbəti ianə Ağcabədi rayonundan olan şəhid Tariyel Atayevin ailəsinə edilib. Bu təşəbbüsün həyata keçirilməsi üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) dəstək göstərib. BAMF-ın prezidenti Umud Mirzəyev bildirib ki, şəhid Tariyel Atayevin həyat yoldaşı, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Atayeva İlhamə Şakir …

Read More »

Tanınmış iş adamı Tural Zeynalov mediyaya şok açıqlama verib

Şəmkirli iş adamı  Tural Zeynalov haqqında ictimaiyyət kifayət qədər məkumatlıdır. Hər zaman xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Tural Zeynalov Vətən savaşında da öz missiyasını layiqincə yerinə yetirdi. Bu barədə sosial şəbəkədə kifayət qədər paylaşımlar yer almaqdadır. Nədənsə ölkəmizdə hər zaman Vətənpərvərlər hədəfə alınır. Yəqin yardımsevərlik, xeyirxahlıq, vətənpərvərlik missiyası  kimlərinsə xoşuna gəlmir. Kimlərinsə dediyimizdə, əslində Azərbaycan vətəndaşına və ehtitaclı ölkə vətəndaşına yardım …

Read More »

Prezident Tatar: “Əsla 1974-cü ildən öncəyə dönməyəcəyik”

“Əsla 1974-cü idən öncəyə dönməyəcəyik!” Boyukmillet.com xəbər verir ki, bu sözləri ŞKTC Prezidenti Ersin Tatar Amerikan Universitetində düzənlənən Milli Mücadilə və Şəhidləri Anma törənindəki çıxışında deyib. “Ödənən o qədər bədəldən, edilən bunca fədakarlıqdan sonra Kipr Türk xalqının suverenliyini sonsuzadək yaşatmaq vəzifəmizdir” – o deyib. Uşaqlıq illərində mücadilənin içində böyüdüyünü ifadə edən Prezident Tatar 1974-cü ildə Kipr Türk Barış Hərəkatı və …

Read More »

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov əvvəlcə Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib, nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib. …

Read More »

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, noyabrın 5-də – Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşan 13 şəxsə isə avtomobil təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 8 noyabrın Azərbaycanda Zəfər Günü olduğunu qeyd edib, əlamətdar gün ərəfəsində şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib. Ali Məclisin Sədri deyib: 2020-ci …

Read More »

Kamran Əliyev Türk Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Baş prokuroru Kamran Əliyev noyabrın 5-də ölkəmizdə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonağı salamlayan Baş prokuror Azərbaycanla Türk Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə …

Read More »

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuları təltif edib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid …

Read More »

Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqləyib

“İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası”nın təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb. Qərar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması ilə …

Read More »