Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında yazılıb. “Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur”,-məlumatda qeyd …

Read More »

İlham Əliyev TDT ölkələri onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Müraciətdə deyilir: “Hörmətli Konqres iştirakçıları! Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş …

Read More »

Azərbaycanda torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsaslar müəyyənləşdirilir

Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd olunub ki, qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin …

Read More »

İran Qızıl Aypara Cəmiyyəti: İsrail HHQ 60 məkana zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın səkkiz əyalətində azı 60 məkana zərbələr endirib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. “Hazırda 669 xilasedicidən ibarət 134 komanda İranın səkkiz əyalətində zərbələrə məruz qalmış 60-dan çox məkanda yardım göstərir”, – bəyanatda bildirilib. Bunlar Tehran, İsfahan, Həmədan, Xuzestan, Kürdüstan əyalətləridir.

Read More »

İran İsrail zərbələrinə sərt cavab verəcəyini vəd edir

İran mülki şəxslərin, eləcə də alimlərin və hərbçilərin ölümü ilə nəticələnən İsrail zərbələrinə sərt cavab verəcək. Boyukmillet.com -un “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran hökumətinin bəyanatında deyilir. “Bizim cavab vermək hüququmuz var və biz bunu edəcəyik. Heç bir daxili fikir ayrılığı olmadan”, – bəyanatda qeyd olunub.

Read More »

143 milyonluq mənimsəmə ilə bağlı həbsdə olan polkovnikin ailə üzvləri əmlakları üzərindəki həbsin götürülməsini istəyir

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi …

Read More »

İran ABŞ ilə nüvə danışıqlarından imtina edib

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib. Boyukmillet.com -un “New York Times”a istinadən məlumatına görə, bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasında çıxışı zamanı bildirib. “İran ABŞ ilə nüvə danışıqlarının altıncı raundunda iştirak etməyəcək”, – məlumatda qeyd olunub.

Read More »

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkə onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Türkmənistandan, həmçinin …

Read More »