Cümə , 10 Aprel 2026

autor

Nazir müavini: “Ermənilərin məhv etdiyi Topxana meşəsi bərpa olunacaq”

“İşğaldan azad olunan ərazilərdə yerləşən və vaxtilə ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: “Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilib. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan …

Read More »

Cəlilabadda şəhidlərin xatirə abidə kompleksinin açılışı olub

Cəlilabad rayonunun Bəcirəvan kəndində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirmiş, rəşadətlə döyüşərək şəhid olmuş qəhrəmanların – Qafarov Rəşid Əlisəfa oğlunun, Nadirov Nicat Hüseyn oğlunun, Rzayev Elşən Dadaş oğlunun, Abasov Ayaz Nizami oğlunun, İsayev Təbriz İsabala …

Read More »

Biləsuvarda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub

Biləsuvar rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyar Elbəyi oğlu Məmmədovun xatirəsi ehtiramla anılıb. Boyukmillet.com xəbər verir ki, anım mərasimi rayonun Ağalıkənd kəndində keçirilib. Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan …

Read More »

Prezident Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb, türk xalqına xoşbəxtlik və rifah arzulayıb. Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlanıb, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq …

Read More »

Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr – Respublika Günü münasibətilə ölkənin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı “Anıtkabir”ə əklil qoyub. Türkiyə Cümhuriyyətinin dövlət himni səsləndirilib. Ziyarətdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli, İyi Partiyanın sədri Maral Akşener, Cümhiriyyət Xalq Partiyasının sədri …

Read More »

Ceyhun Bayramov Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb. “Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik”, …

Read More »

Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər

Alimlər hesab edir ki, tezliklə qlobal istiləşmə Yer kürəsində həyatı dözülməz hala gətirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Phys.org” saytı məlumat yayıb. Mütəxəssislərin fikrincə, insanlar artıq ABŞ-dakı Ölüm vadisindən Yaxın Şərqə və Hindistandan Böyük Səhraya qədər son dərəcə narahatedici temperaturlar yaşayır və heç bir tədbir görülməsə, planetin digər yerlərində vəziyyət daha da pisləşəcək. İqlim üzrə ekspert Zik Hausazer bildirib …

Read More »

Gürcüstan Saakaşvilini Ukraynaya təhvil verməməkdə israrlıdır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya təhvil verilməsi və ya onun həbsdən vaxtından əvvəl azad edilməsi istisna olunur. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılmasından söhbət gedə bilməz: İrakli Qaribaşvili “Onun Ukraynaya verilməsi də istisnadır. Əgər biz bu və ya digər işi görəciyiksə, deməli, ertəsi gün …

Read More »

BMT Təhlükəsizlik Şurası Sudanda mülki hökuməti bərpa etməyə çağırıb

BMT Təhlükəsizlik Şurası Sudan hərbi hakimiyyətini ilkin şərt olmadan dialoqa başlamaqla, mülki keçid hökumətini bərpa etməyə çağırıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda deyilir. Şura hərbi hakimiyyət orqanları tərəfindən saxlanılanların dərhal azad edilməsinə, eləcə də bütün tərəfləri təmkinli olmağa və zorakılıqdan çəkinməyə çağırıb.

Read More »

Zəfər gününə həsr olunan tamaşalar festivalı keçiriləcək

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin birinci ildönümünə həsr olunan “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Teatr Xadimləri İttifaqından məlumat verilib. Noyabrın 2-dən 5-dək davam edəcək tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqıdır. Bildirilib ki, tarixi zəfərə həsr olunan festivalın keçirilməsində əsas məqsəd Azərbaycan Prezidenti, Müzəffər …

Read More »