Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın bir qrup islam, xristian və yəhudi dini icma rəhbərləri ilə görüşüb. Dövlət Komitəsindən verilən məlumata görə, sədr M.Qurbanlı ABŞ-a səfərləri çərçivəsində keçirilmiş görüşləri xatırladaraq qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. Bugünkü qonaq heyətinin tərkibində xristian, islam və yəhudi dininə mənsub tanınmış şəxslərin olmasını qeyd edən Komitə sədri bunun Azərbaycandakı dinlərarası harmoniyaya …
Read More »Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib
2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində “Ən yaxşı gəmilər divizionu” adı uğrunda müsabiqə keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müsabiqənin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi, ixtisas və peşə fəaliyyətləri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də ən yaxşı gəmilər divizionunun müəyyən olunmasıdır. Üç mərhələdən ibarət müsabiqədə ilk …
Read More »Prokuror Neftçalanın sabiq icra başçısına və müavinlərinə cəza istəyib- Yenilənib
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli …
Read More »Birinci Qarabağ müharibəsində yaralanan, Vətən müharibəsində şəhid olan “Kobra” ləqəbli polkovnik-leytenant
“Oğlum ehtiyatda olmasına baxmayaraq Vətən müharibəsi başlayan kimi döyüşlərə könüllü qatıldı. Mən şəhid oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Xeyrulla İbrahimovun anasıyam”. Bunu “Report”a açıqlamasında Vətən müharibəsinin “Kobra” ləqəbli şəhid polkovnik-leytenantı Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova deyib. Onun sözlərinə görə, müharibə başlayan zaman övladlarını tək buraxıb getməməsi ilə bağlı oğluna nə qədər çağırışlar etsə də, onu fikrindən daşındıra bilməyib: “Gəlinim müharibədən …
Read More »Hulusi Akar: “Ermənistanın mina xəritələrini Azərbaycana verməsi ilə bağlı təmaslar davam edir”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ziyarəti zamanı bölgədə atəşkəslə bağlı sabitliyin və əmin-amanlığın olmasına diqqəti çəkdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib. Nazir jurnalistin “Ermənistan minaladığı ərazilərin xəritəsini vermir” sualına cavabında deyib: “Bunlarla bağlı təmaslar davam edir. Prezidentimiz Azərbaycana ziyarəti zamanı bölgədə atəşkəslə bağlı sabitliyin və əmin-amanlığın olmasına diqqəti çəkdi. Atəşkəsin …
Read More »Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz …
Read More »Gömrük generalı: “Narkotik vasitələr Əfqanıstandan İrana, daha sonra Azərbaycana daşınır”
Bu istiqamətdə Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, GUAM, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, Türkiyə Respublikası Ticarət Nazirliyi, ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə üzrə Administrasiyası, Rusiya Federal Gömrük Xidməti, Ukrayna Dövlət Gömrük Xidməti və bir sıra başqa beynəlxalq təşkilatlar və xarici ölkələrin …
Read More »Azərbaycan Prezidenti Rumıniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İlham Əliyev Qırğız Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlanıb
Ağdam rayonunda insan sümükləri aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar