Cümə , 10 Aprel 2026

autor

Ünvanlı dövlət sosial yardımının məbləği artırılır

Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır. Boyukmillet.com xəbər verir ki, ünvanlı dövlət sosial yardımının məbləği 200 manata qaldırılır. Bununla bağlı sənəd yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək. Xatırladaq ki, ötən il ünvanlı dövlət sosial yardımının məbləği 170 manat təşkil edirdi.

Read More »

Azərbaycan Ordusunun Türkiyəyə göndərilən 383 xüsusi təyinatlısı təlimi başa vurub

Azərbaycan Ordusunun Türkiyəyə təlimə göndərilən 383 xüsusi təyinatlısı kursu uğurla başa çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. 383 azərbaycanlı hərbçinin iştirak etdiyi təlim kursu avqustun 23-dən oktyabrın 16-na kimi davam edib”, – nazirlikdən bildirilib. Təlimi başa …

Read More »

Azad olunan ərazilərlə bağlı qəbul imtahanının məzmununda dəyişiklik ediləcək

Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtaha Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib. DİM sədri bildirib ki, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahanı keçiriləcək. Noyabr ayında yeni blok imtahanları keçiriləcək. …

Read More »

Ərdoğan: “İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla arasında heç bir problem olmaz”

“Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət etsə, İranla Azərbaycan arasında heç bir problem olmayacaq”. Boyukmillet.com  “HaberGlobal”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir, bu mövqeyindən heç bir güzəştə getmir. O, dedi: “Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür …

Read More »

Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün …

Read More »

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri xüsusi təyinatlı təhsil müəssisələrində olub

Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara xüsusi təyinatlı təhsil müəssisələrinin tarixi və fəaliyyəti barədə brifinq təqdim edilib. Türkiyəli nümayəndə heyəti təhsil müəssisələrinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi …

Read More »

Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirilib

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib. Boyukmillet.com xəbər verir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiyadakı Səfirliyinə …

Read More »

Gələn il işğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək

Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub. Boyukmillet.com  xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Read More »

Zakir Həsənovla Hulusi Akar arasında görüş olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Müdafiə naziri qarşılıqlı inam, …

Read More »

Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub. Qeyd …

Read More »