Cümə , 10 Aprel 2026

autor

Azərbaycan məhsulları Çindəki sərgi-yarmarkada maraqla qarşılanıb

“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullar Çinin Tiencin şəhərində keçirilən “2021 Haihe İnternational Consumption Summit&Carnival” beynəlxalq istehlak sərgi-yarmarkasında nümayiş etdirilib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Çinin iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə qida və kənd təsərrüfatı məhsullarımız vahid ölkə stendində təqdim olunub. Sərgi-yarmarka iştirakçıları Azərbaycan məhsullarına böyük maraq göstərib. …

Read More »

Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verilib

Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonların dinc sakinlərinə qarşı terror həyata keçirdi. Boyukmillet.com xəbər verir ki, bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı ya da …

Read More »

Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Xatırladaq ki, yanvarın …

Read More »

Əli Nağıyev: “Destruktiv əməllər müşahidə edilməkdədir”

Hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsi vacibdir. Bu barədə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev bildirib. Ə. Nağıyev aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. Qeyd olunub ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə …

Read More »

Hikmət Hacıyev: “Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb”

“Hər bir dövlətin prioritet məsələsi milli təhlükəsizliyin etibarlı təmin olunmasıdır. Bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Milli Təhlükəsizlik Konsepsiyasının önəmi böyükdür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində çıxışı zamanı deyib. Otuz ilə yaxın müddət ərzində Azərbaycanın təhlükəsizliyi əleyhinə …

Read More »

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

Bu gün Ermənistanda parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edəcəklər. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib.

Read More »

Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək

“Bu il Qubadlı rayonunda 9 min hektar ərazidə taxıl əkiləcək. Bu da SSRİ dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 min hektar ərazini əhatə edirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib. Bundan başqa, onun sözlərinə görə, Qubadlıda yenidən şəkər və yem çuğundurunun da əkilməsi nəzərdə tutulub. “Rayon işğaldan azad edildikdən …

Read More »

Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib

Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Fonddan “Report”a bildirilib ki, həmin şəxslər aşağıdakılardır: 1. Tağıyev İlkin Həmid oğlu 2. İsmayılov Seymur Sabir oğlu 3. Şirəliyev Mehman İbrahim oğlu 4. Orucov Samir Surxay oğlu Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam …

Read More »

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət …

Read More »

Qubadlıda baramaçılıq və bağçılıq ənənələri bərpa ediləcək

Qubadlı rayonunda barama tədarükü məntəqəsinin, qurutmaxananın tikintisi planlaşdırılır, həmçinin meyvə bağlarının salınması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib. “Qubadlıda baramaçılıq və bağçılıq ənənələrinin bərpa edilməsi Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləridir. Vaxtilə rayonda barama bəslənilib, çox dəyərli ipək alınıb. Həmçinin meyvə istehsalı ilə bağlı böyük potensial var. Burada gələcəkdə istehsal olunan məhsullar ixracyönümlü ola bilər”, …

Read More »