Cümə , 10 Aprel 2026

autor

Azərbaycanın Rusiyadakı səfirliyi erməni mətbuatının daha bir yalanını ifşa edib

Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb. “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, son günlər erməni KİV-i tərəfindən “Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə …

Read More »

Hikmət Hacıyevdən İrana MESAJ: “Azərbaycan kiminsə diktə ilə danışmasını…“ – Video

“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib. “Cənab Prezidentimizin niyyəti budur ki, ən qısa zamanda, ləyaqətli, güvənli formada məcburi köçkünlərimizin ata-baba yurdlarına qovuşması həyata keçsin”, – deyə o bildirib. Prezident köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 …

Read More »

Deputat Əziz Ələkbərli Saatlı rayonunda, şəhid Ariz Məhərrəmovun anım mərasimində iştirak edib

Oktyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun giziri Ariz Fərzulla oğlu Məhərrəmovun il mərasimi keçirilib. Rayondan araz.az-a verilən məlumata görə, bu mərasimdə millət vəkili Əziz Ələkbərli, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan …

Read More »

İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də ömrünün 82-ci ilində vəfat etmişdir. Canəli Əkbərov 1940-cı il …

Read More »

Sahibə Qafarova Afinada mühüm bir şansı buraxdı – COVİD bu qədərmi böyük mövzu idi?..

Samir Adıgözəlli: “Qələbəmizi diplomatik cəbhədə də möhkəmləndirmək üçün mütləq mənada aktiv beynəlxalq təbliğat lazımdır” Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yunanıstanın paytaxtı Afina şəhərində Parlament Sədrlərinin Avropa Konfransında iştirak edir. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib. İki ilə yaxındır ki, bəşəriyyətin öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə şəraitində yaşadığını deyən spiker …

Read More »

Zakir Həsənov Azərbaycan Ordusunun Laçındakı təlimini izləyib, tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib. Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb. Sonra nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Qeyd olunub ki, dağlıq-meşə …

Read More »

Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb. Boyukmillet.com xəbər verir ki, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir. Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən …

Read More »

Şəhid ailələri və qazilər üçün toplanan vəsaitin xərc istiqamətləri – SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib. Bundan əlavə, vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi …

Read More »