Cümə , 10 Aprel 2026

autor

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,54 ABŞ dolları, yaxud 1,81% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 86,69 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub. Boyukmillet.com bu barədə “Habertürk”ə istinadən xəbər verir. Qeyd edilir ki, hadisə İstanbulda qeydə alınıb. Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb. Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı …

Read More »

Meksika Milli Tarix və Coğrafiya Akademiyasında Azərbaycanın müstəqillik tarixi təqdim olunub

Müstəqilliyin Bərpası Günü münasibətilə Meksika Milli Tarix və Coğrafiya Akademiyasında “Azərbaycan müstəqilliyinin 30 ili – çətinliklərdən uğura doğru” adlı təqdimat təşkil olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, bu ölkənin nüfuzlu elmi dairələrinin, tarix, coğrafiya və digər sosial elmlər üzrə professor və akademiklərinin, habelə Konqres üzvləri və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə həmin ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik …

Read More »

Səfir Hildi Hamid: “Naxçıvanın böyük potensialı İndoneziyada tanınmalıdır”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri ikitərəfli əlaqələrdən bəhs edib, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin muxtar respublikaya səfərlərini …

Read More »

Moskvada Müslüm Maqomayevə həsr olunan gecə təşkil edilib

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsrin Orfeyi” adlı təntənəli gecə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının …

Read More »

Naxçıvanın turizm potensialının nümayişi üçün mediatur təşkil olunub

Oktyabrın 21-22-də Dövlət Turizm Agentliyi (DTA) və Naxçıvan MR-nın Turizm Departamentinin birgə təşkilatçılığı ilə mediatur keçirilib. Bu barədə DTA-dan məlumat verilib. Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir. Mediaturda iştirak edən Agentliyin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və …

Read More »

Gələn həftə intensiv yağış, qar yağacaq, temperatur 4-7 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Belə ki, oktyabrın 26- 27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 26-da yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Azərbaycanın …

Read More »

Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb

Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən  bildirilib ki, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz …

Read More »

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb. Müdafiə nazirinə məruzə …

Read More »