Cümə , 10 Aprel 2026

autor

İspaniyalı mütəxəssis “Qarabağ”ı “Kayrat”la oyunun favoriti hesab edib

“Bu qarşılaşmanın favoriti “Qarabağ”dır. Çünki evdə oynayırlar və eyni zamanda Avropada böyük təcrübəyə malikdirlər. Bütün bunlar “Kayrat”ın daha az təzyiqlə oynamasına kömək edə biləcək amillərdir”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Qazaxıstanın “Kayrat” klubunun sabiq baş məşqçisi Karlos Alos Ferrer Almatı təmsilçisinin “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl “Bookmaker-ratings.kz” nəşrinə açıqlamasında deyib. 46 yaşlı ispaniyalı …

Read More »

Zakir Həsənov Kəlbəcər və Laçına gedib, ordunun qışa hazırlığını yoxlayıb

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub. Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı …

Read More »

İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh” sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (”Rebuild Karabakh”) öz stendi ilə iştirak edir. Bu barədə Agentlikdən bildirilib. Məlumata görə, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye zonaları və rezidentlərə tətbiq olunan güzəştlər, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının konseptual planları barədə məlumat verilir. Sərgi çərçivəsində “İşğaldan azad olunmuş …

Read More »

Sumqayıt-Bakı qatarında biznes-klas vaqonuna artıq bilet satılıb, sərnişinlər ayaq üstə qalıb

Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb. Boyukmillet.com-un məlumatına görə, biznes-klas vaqonu üçün sərnişinlərə ümumi tutumundan çox bilet satılıb. Nəticədə 15-dək sərnişin ayaq üstə qalıb. Qatar bələdçiləri bunu xəttə yenicə qoşulan Bakı – Gəncə qatarının biznes-klas vaqonundakı sərnişin yerlərinin Sumqayıt – Bakı qatarındakı sərnişin yerlərindən çox olması ilə əlaqələndiriblər. Belə aydın olub ki, məsul şəxslər bu məqamlı nəzərə …

Read More »

Bayden Çinin hipersəsli raketləri ilə bağlı narahatlığını ifadə edib

ABŞ Prezidenti Cozef Bayden Çinin sınaqdan keçirdiyi hipersəsli raketlərdən narahatlığını ifadə edib. Boyukmillet.com CNN telekanalına istinadən xəbər verir ki, bu açıqlamanı Amerika lideri Pensilvaniyaya uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı hərbi bazada jurnalistlərin suallarını cavablandırarkən deyib. Ağ Evin mətbuat katibi Cen Psaki öz növbəsində bildirib ki, Çinin yaratmaqda olduğu hərbi potensialla bağlı ABŞ-ın narahatlığı var və sözügedən məsələ diplomatik kanallarla qaldırılıb. Qeyd …

Read More »

Çexiyada pandemiyaya qarşı tədbirlər sərtləşdirilib

Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar hökumət pandemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib. Boyukmilllet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Vojteç jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, son bir gündə yeni koronavirus xəstələrinin sayı keçən həftənin eyni günü ilə müqayisədə iki dəfə artıb: “Xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün bütün iş yerləri, ictimai iaşə müəssisələri …

Read More »

Suriyada koalisiyanın hərbi bazası raket atəşinə tutulub

ABŞ-ın və qərbyönlü koalisiyanın Suriyanın cənubundakı Ət-Tanfe rayonunda yerləşən hərbi bazası raket atəşinə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə şahidlərə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb. Belə ki, bazanın Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşdiyi ərazidə bir neçə partlayış səsi eşidilib. Hərbi qulluqçular arasında itkilər və maddi ziyan barədə ətraflı məlumat verilməyib. ABŞ hərbi komandanlığının Bağdaddakı nümayəndəsi Ət-Tanfedəki …

Read More »

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. “Boyukmillet.com-un xəbərinə görə, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndləri, Cəbrayıl rayonunun …

Read More »

ABŞ rəsmiləri azərbaycanlının dəvətilə Ukraynada olub

ABŞ-ın Nyu-York şəhərinin senatoru Ceyms Skofus, Kvins əyalətinin prezidenti Donovan Riçards, Nyu-York ştat Assambleyasının üzvləri Steven Simbrovits, Kevin Kaxil, Peter Abbate, Carlz Foll, Latoya Coyner, Nyu-York şəhər Sovetinin deputatları Mardcori Velaskes, Şon Abreu, tanınmış xeyriyyəçi Aron Qrunfeld və digər şəxslərdən ibarət 25 nəfərlik nümayəndə heyəti Kiyevdə səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, səfər Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları …

Read More »

Dneprdə Azərbaycanın Müstəqilliyinin bərpası günü qeyd edilib

Dnepropetrovsk Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası gününü qeyd edib. Boyukmillet.com xəbər verir ki, Ukrayna-Azərbaycan Mədəniyyəti və Biznesi mərkəzində Diaspor fəallarının iştirakı ilə tədbir keçirdilib. Tədbirdə ilk olaraq Birinci və İkinci Qarabağ savaşı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik süküt ilə yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan KADO sədri Nəcəf Əhmədov Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasından danışıb. 18 oktyabr …

Read More »