Cümə , 10 Aprel 2026

autor

XİN Zəngilanın işğaldan azad olunması ilə bağlı paylaşım edib

Xarici İşlər Nazirliyi özünün tviter səhifəsində Zəngilan rayonunun işğaldan azad olunması ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “20 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərində üçrəngli bayrağımızı ucaltdı”.

Read More »

Zəngilanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.  Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. Oktyabrın …

Read More »

“Əlil Qadınlar Cəmiyyəti” tədbir keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyinin dəstəyi ilə Ağcabədi rayonunda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) layihə icra edib. “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Ağcabədi rayonu)” layihəsinin fəaliyyəti çərçivəsində Uşaq müdafiə qurumları – İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyası, yerli təhsil, sosial, səhiyyə nümayəndələrinin iştirakı ilə koordinasiya mexanizminin yaradılması məqsədi …

Read More »

Prezident Azərbaycanla TDƏŞ arasında imzalanan Anlaşma Memorandumunu təsdiqləyib

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma …

Read More »

“Mədəniyyət” televiziyasına yeni direktor təyin olunub

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova (Ülviyyə Könül) QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib. O, 2019-cu ilin oktyabrından indiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru …

Read More »

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri anılıb. Boyukmillet.com xəbər verir ki, rayonun Novruzəli kəndində şəhid əsgər Məmmədov Rəvan İntiqam oğlunun və Çünzəli kəndində şəhid gizir Xankişiyev Mədət Vəkil oğlunun anım mərasimləri keçirilib. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçmiş şəhidlərin xatirəsi yad edilib, onların məzarları ziyarət edilib və onların ruhuna dualar oxunub. Qeyd edək ki, Rəvan Məmmədov 17 fevral 1998-ci ildə …

Read More »

Türkiyə Ombudsmanı Ermənistanın törətdiyi cinayətlərlə bağlı hesabatı açıqlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) tərəfindən hazırlanmış hesabatın təqdimatı ilə bağlı mətbuat konfransında iştirak edib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə TİHEK rəhbəri açılış nitqi ilə çıxış edərək həmkarına və Azərbaycan xalqına Müstəqilliyinin Bərpası Günü ilə bağlı təbriklərini çatdırıb və hazırlanmış hesabat barədə danışıb. Daha sonra TİHEK tərəfindən …

Read More »

Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir. Sabah onun 70 yaşı tamam olur.

Read More »

Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir. Bu gün onun 75 yaşı tamam olur.

Read More »

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Boyukmillet.com xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 25 948 nəfər və ya 0,3 faiz artaraq bu ilin sentyabr ayının 1-də 10 145 081 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Read More »