Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qələbəmizi şərtləndirən amillərdən danışarkən bildirib. “Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, …
Read More »Təhsil Naziri Emin Əmrullayevə müraciət
Nəzərinizə çatdırım ki, Biləsuvar rayon təhsil şöbəsi və Ağayrı kənd orta məktəbinin rəhbərliyinin vətəndaşlar üçün yaratdıgı byurokratik problemlər (uzun müddət məktəbin rus dili müəllimi işləyən Qədir Sadıqov Nəsir oğlu barədə məktəb kitabında qeydiyyat olmaması barədə direktor Fərid Qafarovun verdiyi məlumat) barədə birbaşa Təhsil naziri cənab Emin Əmrullayevə şikayət məktubu ünvanlanıb. Qədir müəllim Ağayrı kəndində çox saylı insana dərs deyib və …
Read More »Deputat: “İranın məscidləri dağıdan Ermənistana dəstəyi İslam dəyərləri ilə bir araya sığmır”
“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpası Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda ölkəmiz region ölkələrinin yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsləri ilə çıxış edir. Bu baxımdan, Azərbaycan Ermənistanla beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh sazişi imzalamağa hazırdır. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında video formatda çıxışı zamanı bu məsələlər barədə mövqeyini bir …
Read More »Qərbi Azərbaycan İcması və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə Müstəqilliyimizin bərpası gününə həsr olunan tədbir keçirilib
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş videoformatlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov bildirib ki, bu il keçirilən Müstəqilliyin Bərpası Gününün digər illərdəkinə nəzərən olduqca fərqlidir. Bu il Müzəffər Ali Baş Komandanımızın, şanlı …
Read More »Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur
Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib. Boyukmillet.com -un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonda məzunlara kursu …
Read More »Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür
Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 …
Read More »Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə …
Read More »“Azəriqaz” rəhbəri qazın qiymətinin dəyişməsi səbəblərini açıqlayıb
Azərbaycanda təbii qazın qiymətinin qiymətinin qalxmasının bir çox obyektiv və subyektiv səbəbləri var. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib. Ruslan Əliyev deyib ki, ilk növbədə dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır: “Birinci səbəb odur ki, istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Digər səbəb isə …
Read More »Prezident İlham Əliyevin yeni Sərəncamı həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edən vacib addımdır.Boyukmillet.com cəbər verir ki, bunu AZƏRTAC-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.“Dövlət başçısı tərəfindən həssas sosial qrupların sosial rifahın qorunması ilə bağlı ardıcıl qanunvericilik təşəbbüsləri irəli sürülür. Həmin qanunvericilik …
Read More »Naxçıvanda “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib – FOTOLAR
Muxtar respublikanın iqlim şəraiti, zəngin bitki örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Bu gün dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar