Cümə , 10 Aprel 2026

autor

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Read More »

Tramp: “Rusiya ABŞ-ın Əfqanıstanda qoyduğu silahları götürüb”

“Rusiya və Çin ABŞ -ın Əfqanıstandan götürmədiyi helikopterləri artıq söküb və onun sistemini öyrənirlər”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, artıq Rusiya və Çində ABŞ helikopterlərinın nümunələri mövcuddur: “Onlar “Apaçi” helikopterlərini söküblər. Onun sistemini öyrənib tezliklə ən yaxşı texnikanı yığacaqlar”. Eks-prezident bildirib ki, Amerika qoşunları Əfqanıstanı tərk edərkən köhnə helikopteri sıradan çıxarıblar: “Yeni …

Read More »

Əfqanıstanın keçmiş prezidentinin mühafizəçisi: “Əşrəf Qani ölkədən milyonlarla dolları aparıb”

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin təhlükəsizlik xidmətinin rəhbəri Piraz Ata Şarifi onda sabiq dövlət başçısının ölkədən milyonlarla dollarla qaçmasını sübut edən videogörüntünün olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Şarifinin sözlərinə görə, onda prezident sarayının müşahidə kameralarının külli miqdarda pulun Əfqanıstanın keçmiş lideri tərəfindən ölkədən çıxarılmasını təsdiqləyən görüntüləri var. “Məndə Əfqanıstanın Mərkəzi Bankının işçisinin …

Read More »

İrlandiya yığması 16 oyundan sonra ilk qələbəsini Bakıda qazanıb

İrlandiya milli komandası 16 oyunluq qələbəsizlik seriyasına Bakıda Azərbaycan yığması ilə 2022-ci il dünya çempionatının seçmə oyununda son qoyub. Boyukmillet.com xəbər verir ki, bu, qonaq komandanın baş məşqçi Stiven Kenninin rəhbərliyi altında ilk qalibiyyəti olub. İrlandiya millisi daha əvvəl 10 iyun 2019-cu ildə Cəbəllütariqi yenməyi bacarıb – 2:0. Azərbaycan yığması isə böyük hesabla məğlubiyyətə uğradılıb – 3:0. Bakı Olimpiya Stadionundakı …

Read More »

General Hüseyn Əştəri İranın Azərbaycan sərhədlərinin yaxınlığına yeni qoşun göndərdiyini açıqladı

İran polisinin komandiri, briqada generalı Hüseyin Əştəri bildirib ki, İranın şimal-qərb sərhədlərinə yeni qüvvə və texnika göndərilib. Azadlıq Radiosunun İran xidməti (Radio Fərda) tərəfindən yayılan məlumata görə, bu gün səhər Hüseyn Əştəri jurnalistlərə deyib ki, “bütün maneələr aradan qaldırılıb və təhlükəsizlik problemi yoxdur”. Radio Fərda bu xəbərə şərh edərək yazır ki, İranın şimal-qərb sərhədindəki vəziyyətin gərginləşməsi, İranın Azərbaycanın azad etdiyi …

Read More »

Prezident Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Boyukmillet.com  xəbər verir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub. Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə …

Read More »

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin …

Read More »

Məcburi köçkünlər Prezidentə təşəkkür ediblər: “Hər zaman bizimlə birlikdə olub”

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə məcburi köçkünlərin 30 illik yurd həsrətindən danışıb. Dövlət başçısı deyib ki, məcburi köçkünlər nə qədər əzab-əziyyət çəksələr də, sınmayıblar, möhkəm dayanıblar. Bunu söyləyərkən ölkəmizin rəhbərinin mütəəssir olması onunla söhbətləşən türkiyəli jurnalisti də təsirləndirib. Müsahibənin bu anı xüsusilə geniş ictimai …

Read More »

Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib. Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Read More »

SON DƏQİQƏ! Ocaq Necatın Hüseyiniyyə məscidindəki əşyaları yığışdırılır

Ölkəmizi tərk edən İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaq Necatın əşyaları toplanır. Boyukmillet.com xəbər verir ki, Ocaq Necatın Huseyiniyyə məscidindəki əşyaları yük maşınlarına yüklənərək ölkədən aparılır. Məlumata görə, Hüseyniyyə məscidi artıq fəaliyyət göstərməyəcək.

Read More »