Cümə , 10 Aprel 2026

autor

İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisi bağlanıb

“Bakıdakı Hüseyniyyə məscidi bağlanıb”. Bunu  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb: “Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”. …

Read More »

Adil Əliyev Türkiyəli jurnalistləri qəbul edib

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Media Başqanı Ali Rza Yıldızı və onun yardımçısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başqanı Gökhan Balcını qəbul edib. Boyukmillet.com Milli Məclisin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 4-oktyabrın ölkəmizin və türk-islam dünyasının tarixində xüsusi yeri olduğunu vurğulayan …

Read More »

İlham Əliyev Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil …

Read More »

Şuşada çəkilən fotolar Avropa Parlamentində nümayiş etdiriləcək

İsveçin “Cawa Media” xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və …

Read More »

Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb. Boyukmillet.com  xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib. “Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı …

Read More »

Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulmasına başlanılır

Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etidiyi qərara əsasən müvafiq tibbi göstərişlərə və …

Read More »

Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçıçı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycanla Tacikistan arasında …

Read More »

Cəbrayılda əsasən elektrikli nəqliyyat vasitələri işləyəcək

Cəbrayılda yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq. Boyukmillet.com  xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. Oktyabrın 4-də Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə təqdimatla çıxış edən komitə sədri bildirib. – Sənayeyə gəldikdə, düşünürük ki, tikinti materiallarının, qida məhsullarının, içkilərin istehsalı, toxuculuq, xalçaçılıq, metallurgiya, maşın avadanlıqlarının istehsalı və təmiri. Burada nəqliyyat sxemi təqdim olunub. …

Read More »

Prezident İlham Əliyev təhsil işçilərini təltif edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Abbasov Ənvər Məhəmməd oğlu Ələkbərova Faina Emmanuilovna Xanlarova Sara Cəbrayıl qızı Xəlilov Vidadi Cəmil oğlu “Tərəqqi” medalı ilə Abduləzimova İradə Baxış qızı Abdullayeva Yeganə Akif qızı Ağakişiyev Aslan …

Read More »