Cümə , 10 Aprel 2026

autor

Cəbrayılda Döyüş muzeyi salınacaq, Zəfər tağı abidəsi yaradılacaq

Cəbrayılda Döyüş muzeyi və Memorial kompleks muzeyi yaradılacaq. Boyukmillet.com  xəbər verir ki, oktyabrın 4-də Cəbrayıl rayonunda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə tikililər barədə məlumat verərkən deyib. Anar Quliyev: Cənab Prezident, muzey kompleksi bu şəhərin ərazisidir və 3 fərqli məkanda müvafiq sərgilər təşkil olunacaq. Döyüş muzeyi şəhərin cənub hissəsində yaradılacaq. Prezident İlham Əliyev: Giriş hissəsində? Anar Quliyev: Bəli, şəhərin …

Read More »

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hülusi Akarla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində üç ölkənin müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub. Görüşdə müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. -Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm. Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü …

Read More »

Azərbaycanlı mütəxəssislər ilk dəfə yeni nəsil metro qatarlarını təmir edəcək

Bu ilin sonuna qədər “Bakı Metropoliteni” QSC-nin balansında olan yeni nəsil qatarların (vaqonların) ilk dəfə ölkədə təmiri həyata keçiriləcək. Bunu “Report”a açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov bildirib. Onun sözlərinə görə, təmir işləri əsasən 2015-ci ildə Azərbaycana gətirilmiş vaqonları əhatə edəcək. “Bu təmir digərlərindən fərqi olaraq “qaldırma təmiri” adlanır və qatarın gediş məsafəsinə uyğun həyata keçirilir. Bundan öncə …

Read More »

Füzuli hava limanına ilk rəsmi səfər reysi həyata keçirilib

Füzuli Beynəlxalq Hava limanına ilk rəsmi səfərin təyyarə reysi həyata keçirilib. Boyukmillet.com  xəbər verir ki, ilk rəsmi səfəri Tatarıstan Respublikasının Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti edib. Nümayəndə heyətinin Qarabağa səfərində məqsəd həm də sənaye sahəsində əməkdaşlıqdır.

Read More »

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan 1 il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Boyukmillet.com  xatırladır ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub. Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara …

Read More »

Azərbaycanın Xalq artisti vəfat edib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib. Boyukmillet.com xəbər verir ki, 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək …

Read More »

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib. Boyukmillet.com xəbər verir ki, nazirin təbrikində deyilir: “Əziz müəllimimiz, Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram! Beynəlxalq Müəllimlər Gününüz mübarək!”

Read More »

Sabir Rüstəmxanlı Türkiyəli jurnalistlərlə görüşüb- FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda səfərdə olan İstanbul Medya Başkanı Ali Rza Yıldız və İstanbul Medya Başkanı yardımcısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başkanı Gökhan Balcını qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, son Qarabağ savaşı, savaş zamanı Türkiyənin Azərbaycana dəstəyindən söz açılıb. Eyni zamanda hazırki dönəmdə beynəlxalq müstəvidə Türkiyə-Azərbaycan birliyinin vacibliyi, bu birliyin inkişaf yolları …

Read More »