Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest – Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, …
Read More »Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşub
İstanbul boğazında Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb. Bildirilib ki, Kocaelidən Ergeliyə hərəkət edən 90 metr uzunluğunda “Tahsin İmamoğlu” gəmisi Rusiyaya gedən 128 metr uzunluğundakı “RUSİCH 10” gəmisi ilə Yeniköyün qarşısında toqquşub. Hadisə yerinə xilasedicilər göndərilib.
Read More »İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, İƏT-in 5 nəfərdən ibarət nümayəndə heyəti Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Qonaqlar orada dünyasını dəyişən şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan əraziyə güllər …
Read More »Çempionlar Turu: Azərbaycan şahmatçıları final mərhələsində mübarizəyə başlayır
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi start götürəcək. Boyukmillet.com xəbər verir ki, 11 gün davam edəcək yarışa 10 qrossmeyster qatılacaq. Onların arasında Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da var. İştirakçılar əvvəlki 9 mərhələdə qazandıqları bonus xallarının nəticələrinə əsasən müəyyənləşdiriliblər. Final mərhələsində onlar 9 turdan ibarət dairəvi sistemlə mübarizə aparacaqlar. Hər …
Read More »Azərbaycan neftinin qiyməti 79 dolları keçib
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,74 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 79,08 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşüb
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Boyukmillet.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları …
Read More »Ceyhun Bayramov BMT-də daha beş həmkarı ilə görüşüb
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemala xarici işlər naziri Pedro Brolo Vila, Suriya xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenada xarici işlər naziri David Piter və Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər …
Read More »Türkiyə ordusunun İraqdakı düşərgəsi raket atəşinə tutulub
İraqın şimalındakı Naynava əyalətində yerləşən Türkiyə ordusuna məxsus düşərgə raket atəşinə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə İraqın “Shafaq” agentliyi mənbəsinə istinadən xəbər verir “Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan düşərgəsi raket atəşinə tutulub. Beş raket düşərgənin yaxınlığına düşüb. Onlardan üçü partlayıb, digər ikisi isə yox”, məlumatda deyilir.
Read More »Зустріч з донькою Національного героя Азербайджану
У приміщенні Почесного консульства Азербайджанської Республіки в м. Харків відбулася чергова дружня зустріч Почесного консула Афгана Салманова з донькою Національного героя Азербайджану Віктора Васильовича Серьогіна — Оксаною Вікторівною. Кожна така зустріч завжди присвячується Людині з великої літери, українцю, Віктору Серьогіну, якого надзвичайно поважає азербайджанський народ. У 1992 році Віктор Васильович був командиром екіпажу вертольоту МІ-8, який перевозив мирне населення з …
Read More »Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılır
Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar