Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Boyukmillet.com xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin olunub. Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Read More »Tarixdə bu gün: Bəxtiyar vahabzadənin doğum günüdür
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 96-cı ildönümü tamam olub. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən …
Read More »Deputatlar, QHT-lər, jurnalistlər Niyaz Niftiyevə görə müraciət ünvanladılar
Bir qrup KİV, deputatlar, QHT rəhbərləri, ictimai fəallar tanınmış jurnalist Niyaz Niftiyevlə bağlı Baş prokuror Kamran Əliyev və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət hazırlayıb. Boyukmillet.com xəbər verir ki, müraciət mətnində Niyaz Niftiyevin 20 illik aktiv jurnalist fəaliyyətindən və ona qarşı qərəzli addım atılmasından bəhs edilib: “O, 20 ildən çox aktiv jurnalistika ilə məşğul olub, 15 il prezidentin səfərlərini müşayiət …
Read More »Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur
Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Lənkəranda “patı” əməliyyatında 11 nəfər saxlanılıb, birində silah aşkarlanıb
Lənkəranda növbəti “patı” əməliyyatında on bir nəfər saxlanılıb, onlardan birindən silah aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Zaur Hüseynov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov …
Read More »Türkiyədə sel nəticəsində həyatını itirənlərin sayı 70-ə çatıb
Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 70-ə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 70 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.
Read More »Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin Ağdama səfəri başlayıb
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb. Bu barədə mediaya səfərdə iştirak edən QHT sədrlərindən biri olan Niyaməddin Orduxanlı məlumat verib. Onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev …
Read More »Türkiyədə vaksinasiya yaşı 18-dən 15-ə endirilib
Türkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, vaksinasiya yaşı 18-dən 15-ə endirilib. Xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə isə 12 yaşdan vaksinlənmə həyata keçirilməlidir. Həmçinin PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.
Read More »Metamfetamin satan daha bir nəfər saxlanılıb
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm “patı” adlanan narkotik maddə – metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.08.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,4 % artaraq 2,0046 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % artaraq 0,0232 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,00461 Rusiya rublu0,02321 Avstraliya dolları1,24791 Argentina pesosu0,01751 Belarus rublu0,68201 Braziliya rialı0,32391 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1153100 Cənubi Koreya vonu0,14601 Çexiya kronu0,0789100 Çili pesosu0,21911 Çin yuanı0, 26241 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar