Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycanın İrandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bünyad Səməd oğlu Hüseynov Azərbaycan İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Ermənistan Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozub

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun …

Read More »

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar. Nazir Mövlut Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib. …

Read More »

Əsəd bəyin evinin bərpa layihəsi: FOTOLAR

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Vətən Müharibəsindən sonrakı quruculuq dövründə Şuşa şəhərinin bərpasına xüsusi önəm verir. Prezidentin Azərbaycan Ordusunun Qarabağ üzərindəki qələbəsindən dərhal sonra Şuşanı Mədəniyyət Paytaxtı elan etməsi, öz çıxışlarında Şuşanın bərpası zamanı klassik ənənələrə üstünlük verilməsi barədə bu və ya digər tövsiyələri bu qənaətə gəlməyimizə əsas verir. Prezidentin bu təşəbbüsünü dəstəkləyən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix …

Read More »

Böyük elm məbədgahı – AMEA Naxçıvan Bölməsi

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamına müvafiq olaraq yaradılıb. Bölmənin yaradılmasının zəruriliyindən bəhs edən ümummilli lider demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar …

Read More »

İsrailin pilotsuz təyyarəsi Qəzzaya zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Qəzza sektorunun şimal ərazilərinə zərbələr endirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Fələstinin WAFA agentliyi bildirib. Agentliyin məlumatına görə, Beyt-Laxiya şəhəri yaxınlığında fermer təsərrüfatı yerləri kimi istifadə edilən ərazilərə azı iki raket mərmisi düşüb, bu isə maddi ziyana gətirib çıxarıb. İnsan tələfatı və ya yaralıların olması barərə informasiya yoxdur. Daha əvvəl İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri …

Read More »

Müdafiə naziri Kəlbəcər və Laçında yerləşən hərbi tibb müəssisələrinə baxış keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilmiş hərbi hospitala baxış keçirib. Əraziyə …

Read More »

Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb

Gədəbəy rayonunda Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsinə həsr olunan tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, 29 il əvvəl, 1992-ci il avqustun 5-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin hərbi birləşmələri minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və hərbi texnika ilə Gədəbəy rayonunun Mutudərə kəndi istiqamətində hücuma keçirlər. Xalqımızın igid oğlu baş leytenant Məzahir Rüstəmovun könüllülər dəstəsi düşmənin ilk …

Read More »

Zabit atanın şəhid oğlunun doğum günü qeyd edilib

Zabit atanın şəhid oğlunun doğum günü qeyd edilib. Ehtiyatda olan mayor Vaqif Məhəmməd oğlu Şəbiyev əslən Qərbi Azərbaycandandır. Onun valideynləri 1948-ci ildə doğma yurdlarından məcburi çıxarılaraq Azərbaycana köçürülüblər. Vaqif Saatlı rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Ukrayna Respublikasına gedərək Kiyev Ali Hərbi Aviasiya Məktəbinə daxil olub. Oranı müvəffəqiyyətlə başa vurduqdan sonra Rusiyanın müxtəlif şəhərlərində sovet ordusu sıralarında qırıcı təyyarələr …

Read More »

BMT yenidən Azərbaycan və Ermənistana çağırış edib

BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib. “Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik”, – o deyib.

Read More »