Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən “Minalara qarşı əks tədbirlər – Dalğıc hazırlığı” kursunda iştirak edib. Boyukmillet.com xəbər verir ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb. Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional …

Read More »

QAT gənc yazarın “Qarabağ Azərbaycandır!” adlı layihəsinin təqdimatını keçirdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc əlil yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” adlı yaradıcılıq layihəsinin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri aparıcı Firəngiz Əkbərova açaraq qonaqları salamlayıb, tədbirin məqsədi və məramı ilə bağlı qısa məlumat verib. Sonra QAT sədri Akif Nağıgiriş sözü ilə çıxış edib. A.Nağı bildirib ki, Vətən üçün, dövlət üçün, millət üçün çalışan bu cür gənclərə həm dövlət, …

Read More »

Makron İlham Əliyevə niyə zəng vurmuşdu… – Aydın Quliyev yazır…

“Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev avqustun 5-də Fransa prezidenti Emmanuil Makronun Azərbaycan prezidentinə zəngi və iki ölkə başçısı arasında regional məsələlərin müzakirə olunması ilə bağlı xəbəri özünün Facebook sosial hesabında şərh edib. Politoloq yazır: – Hadisənin bir neçə məqamı diqqət çəkir. Bundan əvvəl Fransa prezidenti Paşinyanla danışmışdı. Bilirik ki, hazırda regionumuz üçün Fransanın maraqları əsas hansı məsələlərə …

Read More »

Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə agentliyin Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparılıb. İclasın reqlament layihəsi üzrə çıxış edən Şura üzvləri sənəddə əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, onların hüquqları, vəzifələri və səlahiyyətləri, müvafiq sənədlərin hazırlanması, müzakirəsi, qəbulu, Müşahidə …

Read More »

Tokio-2020: Azərbaycan beşinci medalını təmin edib

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib. Boyukmillet.com-un məlumatına görə, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib. Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub …

Read More »

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların …

Read More »

İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən …

Read More »

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,2 ABŞ dolları, yaxud 0,28% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,75 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

ANAMA vətəndaşları azad edilmiş ərazilərə icazəsiz daxil olmamağa çağırıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb. Boyukmillet.com xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq. Qeyd edək ki, bu …

Read More »

Tanınmış jurnalistdən Türkiyəyə dəstək – VİDEO

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir. Qardaş ölkədə yanğınların qarşısının alınmasında Azərbaycandan gedən dəstək qrupları da fədakarlıqla mübarizə aparırlar. Belə günlərdə qardaşlarımızın yanında olmaq biz azərbaycanlıların mənəvi borcudur və istənilən yardımı etməyə hazırıq. Tanınmış jurnalist Aida Eyvazlı Göytürk qardaş ölkəyə dəstək məqsədilə Çelenc (Challenge) başladıb.  Çelenc #Türkiyəbizsəninləyik#  adlanır. Jurnalistin müraciətində deyilir: “Türk dünyasının birliyinə gedən yollar hamar olmayacaq! Buna görə, yanğınlara, daşqınlara, …

Read More »