Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyədə yanğınların baş verdiyi ərazilərə doğru istiqamət edir. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, quru yolla qardaş ölkəyə gedən Azərbaycan FHN əməkdaşları hazırda Ordu ərazisinə daxil olub. Burada …
Read More »ABA ilə Azərbaycan Fintex Assosiasiyası arasında görüş keçirilib
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı Assosiasiyalar arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə fəaliyyət istiqamətləri, o cümlədən rəqəmsal maliyyə xidmətləri, rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi məsələləri müzakirə edilib, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin hər iki Assosiasiya üzvlərinin maraqlarında olan digər məsələlərə toxunularaq, mövcud imkanlar və çağırışlar nəzərdən keçirilib.
Read More »Süleyman Soylu: “Azərbaycan qardaşlarımız gücümüzə güc qatır”
“Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür”. Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri istər Muğla, istərsə də Antalya şəhərlərindəki güclü yanğınların söndürülməsi üçün uğurla və qətiyyətlə fəaliyyət göstərir: “Həm duaları, həm də fiziki, …
Read More »İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib – SİYAHI
Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib. Boyukmillet.com xəbər verir ki, toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib. E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib. Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun …
Read More »Azərbaycanlılar ukraynalı yaralı hərbçilərə humanitar yardım edib
Ukraynada Azərbaycan diasporu Knyaz Lev adına 1 nömrəli Lvov şəhər xəstəxanasında müalicə alan, müharibə şəraitində əlil olmuş hərbçilərə tibbi avadanlıq yardımı göndərib. Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmdov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, Kiyev Azərbaycanlıları Konqresinin (KAK) sədri, UAR-ın həmsədri Oleq Krapivin tərəfindən təşkil edilən humanitar aksiyaya əlil arabaları və bir sıra tibbi ləvazimatlar daxildir. Vurğulanıb ki, Ukrayna azərbaycanlıları …
Read More »AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırıb
AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır. Daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur. Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma …
Read More »Rusiyada sərhəd gərginliyi: 1 həftədə 50 kəşfiyyat təyyarəsi “tutulub”
Rusiya sərhədləri yaxınlığında yaranan gərginliklər artmaqdadır. Boyukmillet.com xəbər verir ki, silahlı qüvvələrin “Krasnaya Zvezda” nəşrinin yazmasına görə, Müdafiə Nazirliyi yeni sərhəd gərginlikləri barədə məlumat yayıb. Məlumatda deyilir ki, son bir həftə ərzində Rusiyanın radiolokasiya sistemləri ölkə sərhədləri yaxınlığında qırx xarici kəşfiyyat təyyarəsini izləyib. “Xarici ölkələrə məxsus qırx kəşfiyyat təyyarəsi, on kəşfiyyat PUA -sı sərhədlərimiz boyunca hava kəşfiyyatı aparıb. Radarlarımız onları …
Read More »Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Boyukmillet.com xəbərverir ki, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kardiologiya şöbəsində müayinəsinə başlanılıb. Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.
Read More »Qarabağ qazisindən 135 min dollar istənilib
“Parabokt” ASC kredit təşkilatı 1-ci və 2-ci Qarabağ mübaribəsi iştirakçısı və əlili Məmmədəli Bağırova qarşı məhkəmə iddiası qaldırıb. Boyukmillet.com xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində baş tutan iclas hakim Səlimə Miriyevanın sədrliyi ilə keçirilib. Belə ki, maliyyə təşkilatı müharibə iştirakçısından 135 min ABŞ dolları kredit borcunun ödəməsini tələb edib. Lakin məhkəmənin qərarına əsasən, “Parabokt” ASC-nin qaldırdığı iddia rədd edilib.
Read More »Sabir Rüstəmxanlıdan referendum açıqlaması: “Dəqiq addımlar atılmalıdır“
Son günlər ictimai-siyasi düşərgədə Konstitusiya dəyişiklik edilməsi üçün referendum, eləcə də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi haqda fikirlər səslənir. Bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı musavat.com-a fikirlərini açıqlayıb.Azərbaycandakı ictimai-siyasi durumu dəyərləndirən millət vəkili son ilyarım ərzində siyasi münasibətlərdə ciddi dəyişikliklərin olduğunu önə çəkib:“Ötən il fevralın 9-da keçirilən parlament seçkilərindən sonra ölkəmizin ictimai-siyasi həyatında müsbətə doğru ciddi dəyişikliklər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar