Rəsmi qurumlar: Sosial şəbəkə istifadəçiləri istintaqla dəqiqləşdirilməmiş məlumatlar yayırlar 18 yaşlı Elgün İbrahimov mayın 12-də Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinin istifadəsiz yataqxanasının həyətində ağır vəziyyətdə tapılıb. O, xəstəxanaya aparılsa da, bir neçə saat sonra vəfat edib. Həmin gün Baş Prokurorluq məlumat yayaraq faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb …
Read More »Dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib
Dövlət qulluğu vəzifəsinə, o cümlədən staj və sınaq müddətinə təyin edilən şəxslər haqqında məlumatlar dövlət qulluqçularının reyestrinə daxil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu, dövlət qulluqçularının reyestrinin aparılması qaydasında öz əksini tapıb. Qaydaya əsasən, dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 iş günü müddətində Reyestrə daxil edilir. Dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında …
Read More »ABŞ nüvə silahlarını saxta hədəflərdən fərqləndirə biləcək peyklər hazırlayır
Pentaqon, qitələrarası ballistik raketlərin həqiqi nüvə başlıqlarını saxta hədəflərindən fərqləndirə bilən raket hücumu xəbərdarlıq sisteminin peyk qruplaşmasının yaradılması üzərində işləyir. Boyukmillet.com “İnterfaks” a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Raketdən Müdafiə Agentliyinin rəhbəri general-leytenant Xit Kollins bildirib. Bu kosmik aparatlar ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “qızıl günbəz” raketdən müdafiə sisteminin tərkib hissəsi olmalıdır. “Gələcəkdə ballistik raketlərə qarşı müdafiəni …
Read More »Baş Prokurorluq və DİN Gəncədə 18 yaşlı gəncin ölümü ilə bağlı birgə məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, birgə məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı və intensiv ibtidai istintaq tədbirlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və …
Read More »Bakıda beynəlxalq boks turniri başlayıb, Azərbaycanın 6 təmsilçisi qələbə qazanıb
Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start verilib. Boyukmillet.com xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ilk günündə 35 döyüş baş tutub. Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin 6 idmançısı qələbə ilə başlayıb. Yığmanın heyətində Kərim Sultanov (54 kq) komanda yoldaşı Amin Həsənzadəyə tam üstünlüklə qalib gəlib. Nihat Ağayev (60 kq) Davit Narsianı …
Read More »Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç saziş təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Rəsmi qəzet”də məlumat dərc olunub. Bildirilib ki, sözgedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır. Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara şəhərlərində imzalanmış əməkdaşlıq haqqında sazişlərə əsaslanır.
Read More »“Human Rights Watch” Qəzzada aclıqla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
“İsrailin Qəzzaya qarşı blokadası “yox etmə vasitəsinə” çevrilib” “Human Rights Watch” (HRW) Beynəlxalq İnsan Hüquqları Təşkilatı bildirib ki, İsrailin Qəzza zolağına qarşı 8 həftədir tətbiq etdiyi ərzaq, su və humanitar yardım blokadası artıq “yox etmə vasitəsinə” çevrilib. Təşkilatın müvəqqəti icraçı direktoru Federiko Borello mayın 9-da verdiyi açıqlamada belə deyib. “İsrailli rəsmilərin Qəzzanın iki milyon insanını daha kiçik bir əraziyə sıxışdırmaq, qalan əraziləri …
Read More »Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb. “Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, türkiyəli lider bunu Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet …
Read More »Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhali qətlə yetirməsini əks etdirən sənədləri məhkəmədə tədqiq olunub. Boyukmillet.com-un məlumatına görə, hesabatda bildirilir ki, Ermənistan ordusu Azərbaycanın mülkü əhalisini Qarabağda ələ keçirdiyi bütün ərazilərdən qovub, onlar mülkü əhalini girov götürüb, qaçıb canını qurtarmağa çalışarkən insanları …
Read More »Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri İstanbuldakı danışıqları sabah da davam etdirəcək
Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri İstanbuldakı danışıqları sabah da davam etdirəcək. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki etibarlı mənbələr məlumat verib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar