Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Qeyd olunub ki, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.
Read More »İSBAM Azərbaycan mediasını “Zəfər” ödülü ilə mükafatlandırdı – FOTOLAR
İyulun 22-də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsində Azərbaycan mediası” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli açaraq Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Bildirib …
Read More »Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir! Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan …
Read More »“Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir” – NAZİRLİK
“İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə …
Read More »Kərim Vəliyev müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi təyin edilib
General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Hindistanda torpaq sürüşməsi olub, 67 nəfər ölüb, 30-u itkin düşüb
Hindistanın qərbində musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 67 nəfər ölüb, 30-dan çox insan itkin düşüb. Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Maharaştra əyalətindəki hökumətin sözçüsü Saqar Pathak məlumat verib. 70 min nəfər əhalisi olan sahilyanı Çiplun qəsəbəsinin sakinlərinin evlərini su basıb. Bu və su altında qalan başqa rayonların yerli hökuməti ordu, sahil mühafizə xidməti …
Read More »Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib. Boyukmillet.com-un məlumatına görə, tədbirdə 27 nəfərlik heyət iştirak edib. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb. Paradda olimpiadanın vətəni Yunanıstan birinci, qaçqınlardan ibarət Olimpiya komandası ikinci, İslandiya üçüncü, İrlandiya isə dördüncü keçib. Qaçqınların …
Read More »Prezident Avstriyaya yeni səfir təyin etdi
Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə R.Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı …
Read More »Azərbaycan Serbiyaya yeni səfir təyin etdi
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »İrfan Davudov Azərbaycanın Malayziyada səfiri təyin edilib
İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar