“Əslində bu, ölkə başçısının Rusiyaya rəsmi səfəri deyil. Ona görə də, zənnimcə, heç bir rəsmi müqavilə və ya saziş bağlanmayacaq, birgə bəyanat səsləndirilməyəcək”. Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Prezident İlham Əliyevin Moskvaya səfərini şərh edərkən bildirib. O qeyd edib ki, avropalı emissarların regiona səfəri və Ərdoğanın Azərbaycan müjdəsi ilə Şimali Kiprə yollanması rəsmi Moskvanı, ermənilərin Naxçıvanı, Şuşanı atəşə …
Read More »“Haber Global”: 28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya – VİDEO
“28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa indi yaralarını sarıyır. Şuşalılar isə evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir”. Boyukmillet.com xəbər verir ki, bu sözlər “Haber Global”ın 28 il sonra öz evinə geri dönən şuşalı, 61 yaşlı Aydın Qasımov barədə süjetində qeyd olunub. Aydın Qasımov doğulduğu, boya-başa çatdığı, ailə qurduğu, övladlarının doğulduğu Şuşa şəhərinə 28 il sonra geri qayıdıb. “Bu …
Read More »Zəngilanın Ağalı kənd sakinləri “Ağıllı kənd”də aparılan işlərlə tanış olub
Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, nazirliyin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar. Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, …
Read More »Kəlbəcərdə qurban kəsilib – FOTO
İşğaldan azad olunan Kəlbəcər rayonunda Qurban bayramı qeyd olunub. Boyukmillet.com xəbər verir ki, bayram münasibətilə qurbanlar kəsilib. Qurban kəsimi tikintisi yekunlaşan Kəlbəcər yarımstansiyasının qarşısında da həyata keçirilib. Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Belə ki, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.
Read More »Vüsal Qasımlı: “Ermənistana yardım etmək “sızan vedrə ilə su daşımaq”dır”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının (Aİ) Ermənistana 2,6 milyard avro yardım etməklə bu ölkədə infrastruktur, ətraf mühit, nəqliyyatı inkişaf etdirmək və islahatları dəstəkləmək niyyətinə münasibət bildirib. Boyukmillet.com xəbər verir: V.Qasımlı deyib ki, Ermənistanın Aİ-dən aldığı yardımlar 2019-2020-ci illərdə 2 dəfə artıb və illik 65 milyon avroya çatdıb. Bundan başqa, Aİ 2014-cü ildən …
Read More »XİN-dən Ermənistana cavab: “Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, müdrik siyasət deyil”
“Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Tarixi özünün “güclü” tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də “tarixi”xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və …
Read More »Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu, zabitimiz yaralandı
İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb …
Read More »Mehriban Əliyevadan Qurban bayramı təbriki
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah …
Read More »Bağdadda partlayış nəticəsində 30 nəfər öldü
Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib. Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb. Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var. Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili …
Read More »Üç güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq
İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb. Boyukmillet.com xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub. Cavid Cavadov (55 kq) …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar