2021-ci il iyulun 13-də Milli Televiziya və Radio Şurasının və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Türkiyə Respublikasında televiziya reytinqlərini öyrənən TİAK “Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və …
Read More »Xəzər Kürə qarışdı, Aran susuz qaldı – VİDEO
Kür çayı quruyur, dəniz suyu isə əksinə irəliləyir. Artıq iki həftədən çoxdur ki, Neftçalada dəniz suyu Kür çayına qarışaraq Aşağı Surra kəndinə kimi yaxınlaşıb. Bu da əhalinin yenidən narahatlığına səbəb olub. Boyukmillet.com xəbər verir ki, son vaxtlar Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddən də aşağı düşüb. Bunun nəticəsidir ki, Xəzər dənizinin suyu yenidən Kür çayına qarışıb. …
Read More »Polad Həşimov parkı istifadə üçün tam hazırdır – FOTOREPORTAJ
Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər tam yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, həm də parka birləşən həyətlər də abadlaşdırılıb: “Görülən işlər çərçivəsində uşaqdan böyüyə hər kəsin rahatlığının təmin olunması nəzərdə tutulub. İdman qurğuları, attraksionlar, yaşlı insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün söhbətkeşlər və oturacaqlar quraşdırılıb”. Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və …
Read More »Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq. Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək. Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.
Read More »İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş …
Read More »“Neftçi”nin rəqibi Bakıya gəldi
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq Gürcüstanın “Dinamo” (Tbilisi) klubu artıq Bakıdadır. Boyukmillet.com xəbər verir ki, Tbilisi təmsilçisi az öncə Azərbaycan paytaxtına gəlib. Komanda Bulvar otelində məskunlaşacaq. Qeyd edək ki, “Neftçi” və “Dinamo” komandaları arasında cavab görüşü iyulun 14-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda “ağ-qaralar” 2:1 hesablı qələbə qazanıb.
Read More »Akademik Musiqili Teatra baş rejissor təyin olunub
Tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Teatrdan verilən məlumata görə, təyinatla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb. Teatr kollektivinə “Zoom” vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib və eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz …
Read More »Azərbaycanlıların Almaniyadan növbəti kütləvi deportasiyası gözlənilir
Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir. Boyukmillet.com xəbər verir ki, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər. Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya …
Read More »Sabah güclü külək əsəcək, rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 , …
Read More »Əfqanıstanın 13 əyalətində döyüşlər davam edir, 267 silahlı ölüb, 119-u yaralanıb
Əfqanıstanın 13 əyalətində ordu ilə “Taliban” silahlı qruplaşması arasında döyüşlər davam edir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, iyulun 13-də gecə döyüşləri nəticəsində qruplaşmanın 267 silahlısı öldürülüb, 119-u yaralanıb, 4-ü həbs edilib. Məlumata görə, “Taliban”ın çoxlu sayda silah-sursatı məhv edilib. Açıqlamada vurğulanıb ki, qruplaşma üzvləri Nanqarhar, Laqman, Qəndahar, Herat, Bəlx, Fəryab, Cauzcan, Hilmənd, Bədəxşan, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar