Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ən-Nəsiriyyə şəhərindəki xəstəxanada baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Boyukmillet.com -un məlumatına görə, bu barədə Azərbaycan XİN-in “Twitter”dəki rəsmi səhifəsindəki paylaşımda qeyd olunub. “İraqın Nəsiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, – məlumatda vurğulanıb. Xatırladaq ki, …
Read More »Hərbi Prokurorluq zabitin intiharı ilə bağlı məlumat yaydı
İyulun 12-də Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb …
Read More »“Sumqayıt” və “Keşlə”nin avrokubok oyunlarının hakimləri məlum oldu
“Sumqayıt” və “Keşlə” komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin Serbiyada “Çukariçki” ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat …
Read More »Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi “Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi” adlı hesabat hazırlayıb. Mərkəzdən verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır. İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin …
Read More »İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq – YENİLƏNİB
İraqın cənubunda yerləşən Di-kap əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması …
Read More »Qazimizin 24 sm-lik sümük defekti bərpa olunub
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər. Boyukmilet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov məlumat verib. Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir: “Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar …
Read More »Azərbaycan nefti 76 dollara qədər ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,94 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …
Read More »Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər
Avropa Mərkəzi Bankı (ECB) avrozonada fəaliyyət göstərən bankların dividend ödənişini məhdudlaşdırmaq üçün tədbirlər görə bilər. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Marqarita Delqado məlumat verib. Onun sözlərinə görə, ECB bankları yumşaq dividend siyasəti yürütməyə təşviq edəcək: “Əgər bunu qəbul etməsələr, daha yüksək kapital və ya keyfiyyət tədbirləri ilə bankların dividend ödənişlərini məhdudlaşdıra bilərik”. Xatırladaq ki, …
Read More »Azərbaycan ordusunun hərbçisi özünü güllələyərək intihar edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Read More »Əfqanıstanın Tacikistanla sərhəddəki rayonları “Taliban”dan geri alınıb
Əfqanıstan Silahlı Qüvvələri və yerli özünümüdafiə dəstələri “Taliban” qruplaşmasının silahlılarını ölkənin Taciksitanla sərhəddə yerləşən Bədəxşan əyalətinin rayonlarından çıxarıblar. Boyukmillet.com “Sputnik Əfqanıstan”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, döyüşlər nəticəsində “Taliban”ın 32 silahlısı ölüb, 14-ü yaralanıb. Məlumata görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində qruplaşmanın 4 avtomobili, silah və sursat məhv edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar