Cümə axşamı , 9 Aprel 2026

autor

Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada …

Read More »

Ersin Tatarın Türkiyəyə səfəri təxirə salındı

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Qeyd edilib ki, Ersin Tatarın Anamur, Mersin və Silifkeddə bir sıra toplantı və tədbirlərə qatılmaq, yüksək vəzifəli şəxslər və qeyri-hökumət təmsilçiləri ilə görüşmək məqsədi ilə Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.

Read More »

Azərbaycan millisi Belarus və Macarıstanla qarşılaşacaq

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb. Federasiyadan verilən məlumata görə, yığma Avropa çempionatına hazırlıqları iyulun 26-dək kimi paytaxtda davam etdirəcək. Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub. Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 …

Read More »

SOCAR Pakistana neft və qaz tədarükü üçün iki kredit xətti təklif edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan hökumətinə neft və qaz tədarükü üçün 220 milyon ABŞ dollarından çox iki kredit xətti təklif edib. Bu barədə Boyukmillet.com Pakistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, SOCAR il ərzində hökümətlərarası saziş (G2G) əsasında Pakistan Dövlət Nefti Şirkəti (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətinə kreditlə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) yükləri tədarük etməyi təklif edib. …

Read More »

BMT-nin sessiyasında Azərbaycanı təmsil edəcək şəxslər müəyyənləşdi – SİYAHI

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 2021-ci il oktyabrın 18-dən noyabrın 5-dək Cenevrə şəhərində keçiriləcək 80-ci sessiyasında Birləşmiş Millətlər …

Read More »

Prezident Elman Bayramovu təltif edib

Elman Bayram oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Read More »

Azərbaycan idmançıları ilk MDB Oyunlarında iştirak edəcək

MDB ölkələrinin Rusiyanın Kazan şəhərindəki ilk Oyunlarında 2 000-dək idmançı iştirak edəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə qonşu ölkənin idman naziri Oleq Matıtsin yarışa hazırlıqla bağlı müşavirədə açıqlama verib. O, ilk Oyunlara iki aydan da az vaxtlarının qaldığını xatırladıb: “Hazırlıq dinamik rejimdə aparılır. Kazanda ümumilikdə 10 ölkədən 2 000-dək iştirakçını gözləyirik. Nümayəndə heyətlərinin xərclərinin təşkilatçılar hesabına qarşılanmasına dair qərar qəbul …

Read More »

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda iyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-36 isti olacaq. Bakıda gecə 24-26 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz …

Read More »

Emomali Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar. Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Read More »

Azərbaycan Prezidenti Tacikistana rəsmi səfərə dəvət edilib

Tacikistanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib. Boyukmillet.com-un məlumatına görə, dəvət iyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib. Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

Read More »