Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. O, 9 ay əvvəl Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək. Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb …
Read More »Azərbaycan MN: Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub
İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Read More »Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciət edib
Daxili İşlər Nazirliyi antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı …
Read More »Milli Mətbuat Günü-nə həsr olunmuş tədbir
Bu gün Azərkitabda, Respublika Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayevanın təşkilatçılığı, Modelyer Fəxriyyə Xələfovanın təşəbbüsü ilə MİLLİ MƏTBUAT GÜNÜ”- nə həsr olunmuş “Sahibkar qadınların fəaliyyətinin inkişafında medyanın rolu” mövzusunda möhtəşəm tədbir keçirildi. Qeyd olundu ki, sahibkar qadınlarla qadın medya mənsublarının belə tədbiri olmamışdı. İlkə imza atam lider xanımların bu təşəbbüsü tədbir iştirakçılarının alqışları ilə qarşılandı.Tədbirdə Z. Ağayeva, F.Xələfova, tədbirin məqsədi, …
Read More »Ersin Tatar Ankaradan Türkiyənin Vitse-prezidenti ilə dönəcək
Türkiyədə görüşlər keçirən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti bu gün Türkiyənin Vitse-prezidenti Fuat Oktayla birgə Ankaradan ölkəsinə dönəcək. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Fuat Oktay iki günlük işgüzar səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində bəzi görüşlər keçirəcək və araşdırmalar aparacaq. Fuat Oktay sabah Lefkoşa Şimal Dairəvi yolunda görülən işlərlə tanış olacaq və yeni Prezident Adminstrasiyasını ziyarət edəcək. Daha sonra …
Read More »İki TV-nin Qarabağ müxbiri – Ermənilər onu hərbçimizlə səhv saldılar: “Məni soruşub hədələyirmişlər” – MÜSAHİBƏ
Şamxal Adığözəlov: “Bir gündə anamın üstünə iki cənazə gedə bilərdi” Operator Loğman İsmayılov: “Elə kadrlar var ki, onlar kameranın yaddaşında yox, gözlərimin yaddaşındadır” Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar. Ordunun bu qəhrəmanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli …
Read More »“Şimali Kipr sizin sayənizdə dövlət oldu” – Ersin Tatar qazilərə səsləndi
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Diyarbəkirdə Kıbrıs qaziləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Diyarbəkir Şəhid Ailələrinə Yardım və Həmrəylik Dərnəyi (DİŞAD) mərkəzində təşkil edilən və yüzlərlə Kıbrıs qazisinin və çox sayda vətəndaşın qatıldığı tədbirdə çıxış edən Ersin Tatar 1571-ci ildən bəri Kiprdə Türk xalqının varlığı üçün bir mübarizə olduğunu və 20 iyul 1974-cü il tarixində bu mübarizədə …
Read More »Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Amerika Birləşmiş Ştatlarının səfiri ilə görüş keçirilib – FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Li Litzenberger ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, yüksək səviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda …
Read More »Mikayıl Cabbarov: “Qeyri-neft sənayesi məhsullarının ixracı 40% artıb”
“Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır”. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov “Twitter”də bildirib. “Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub. Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil …
Read More »Vilayət Eyvazov polis orqanlarındakı mənfi hallardan danışıb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar