Cümə axşamı , 9 Aprel 2026

autor

Ekspert: “Qarabağın bərpası üçün Avropa ölkələrinin təcrübəsini düşünürük”

“Azərbaycanın Avropa ittifaqı (Aİ) ilə iqtisadi əlaqələri ölkəmizin müstəqillik qazandığı dövrdən yaranıb. Xüsusən “Əsrin müqaviləsi”ndə Avropanın inkişaf etmiş ölkələrinin – İtaliya, Fransa və Böyük Britaniya şirkətlərinin yaxından iştirakı, onların Azərbaycanın neft sektoruna qoyulan investisiyalarda əsas rol oynaması, ümumiyyətlə isə ölkəmizə ilkin xarici kapitalın cəlbində böyük rol oynaması tarixi həqiqətdir”. Bunu “Report”a açıqlamasında Azərbaycanla Aİ arasında iqtisadi münasibətləri şərh edən iqtisadçı-ekspert Xalid …

Read More »

Cəbrayılda ağ fosfor tərkibli sursatlar aşkarlanıb

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor …

Read More »

Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi, baş leytenant Bayram Babaşovun adına olan bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu gün həm də şəhid Bayram Babaşovun doğum günüdür. Bu münasibətlə şəhidin ata ocağında anım mərasimi keçirilib. Anım mərasimində rayon rəhbərliyi, kənd sakinləri və şəhidin yaxınları iştirak edib. Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ilin bu günü …

Read More »

DİN toylarla bağlı vətəndaşlara xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) toylarla bağlı vətəndaşlara xəbərdarlıq edib. DİN-in Mətbuat xidmətindən daxil olan xəbərdarlıqda deyilir: “Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda qeyd olunan qərardan irəli gələn tələblər …

Read More »

Azərbaycanda 690 bal toplayan tələbə yol qəzasında ölüb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb. Boyukmillet.com xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb. O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

Read More »

Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenbergerlə görüşüb. Daimi nümayəndəlikdən  bildirilib ki, görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlər, yüksəksəviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.

Read More »

Prezident Dövlət Agentliyinə 6,2 milyon manat ayırdı

Prezident İlham Əliyev “Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş …

Read More »

“Formula 1”: Türkiyə Qran-prisi azarkeşlərlə keçiriləcək

“Formula 1” üzrə Türkiyə Qran-prisi azarkeşlərin iştirakı ilə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə yarışın baş tutacaqı “Intercity Istanbul Park” trasının baş meneceri Sadi Hezber yerli mətbuata açıqlamasında deyib. O, biletlərin iyulun 12-də satışa çıxarılacağını bildirib. Qeyd edək ki Türkiyə Qran-prisi 1 – 3 okyabrda gerçəkləşəcək. Azərbaycan Qran-prisi isə 4 – 6 iyunda keçirilib.

Read More »

Rusiya XİN: Qarabağda etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırıq

“Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib. “Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”, – M.Zaxarova deyib. XİN rəsmisi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə …

Read More »

Milli Məclisdə Zəngəzur müzakirəsi: “Ora Azərbaycana qaytarılmalıdır”

“Bəzi şəxslər sosial şəbəkələrdə yazırlar ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərman Ermənistana qarşı ərazi iddiasıdır. Mən bunu qətiyyən rədd edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, eyni fikirləri Ermənistanda və onların havadarları deyirlər. Deputat Fəzail Ağamalı isə bildirib ki, Zəngəzur …

Read More »